Putin Ərdoğanla barışmaq istəyir

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu barədə açıqlama verib

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısını tənqid etsə də ümid edirik ki, Türkiyə ilə Rusiya arasında normal münasibətlər qorunacaq.

ANS PRESS-in məlumatına görə, bu haqda Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov vurğulayıb ki, Kremldə Türkiyə və Rusiyanın konstruktiv əməkdaşlığının sonrakı inkişafına ümid edirlər.

"Çox ümid edirik ki, münasibətlər həmişəki qaydada inkişaf etməyə doğru gedəcək. Bizim bir çox birgə layihələrimiz var", - deyə mətbuat katibi bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putini 1915-ci il hadisələrini ermənilərə qarşı soyqırım törədilməsi kimi dəyərləndirdiyinə görə sərt tənqid edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar