"Paşa" ləqəbli kriminal avtoritetə ağır cəza - 25 il

Rusiyanın Krasnoyarsk məhkəməsi Paşa Svetomuzıka ləqəbli məşhur kriminal avtoritet Vilor Struqanovu 9 il müddətinə azadlıqdan məhrum edib.Kriminal avtoritet cəzasını ciddi rejimli koloniyada çəkəcək. Məhkəmədə dövlət ittihamçısı Struqanovu 25 il azadlıqdan məhrum etməyi xahiş edib.

Struqanovanın iki şəriki Vladimir Oşarov və İqor Yelovski müvafiq olaraq 8 və 10 il cəza alıblar. Onların hamısı 1990-cı illərdə 5 nəfərin qətlində günahkar hesab olunurlar.

Struqanov keçən il martın sonunda Moskvada həbs edilib. Daha əvvəl o, qətllərin törədilməsində şübhəli kimi beynəlxalq axtarışa verilmişdi.

2004-cü ilin iyununda Krasnoyarsk məhkəməsi Krasnoyarskda iki partlayış törətdiyi üçün Struqanovu 9 il həbs cəzasına məhkum etmişdi. Struqanov 2011-ci ildə azad olunmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar