Kirayə mənzil bazarı “ölüb”

Bu ilin mart ayında Bakı şəhərinin kirayə mənzil bazarında aktivlik azaldığından qiymətlər aşağı düşüb. Bu barədə fins.az “MBA Consulting Group” şirkətinə istinadən xəbər verir. Belə ki, orta kirayə qiyməti manatla ifadədə 4% azalaraq 665 manatdan 639 manata, dollarla ifadədə ifadədə isə 28% azalaraq 848 dollardan 609 dollara düşüb. Xarici valyutada ucuzlaşmanın nisbətən çox olması bu ilin fevral ayında Azərbaycanda manatın kəskin şəkildə dəyərdən salınması ilə bağlıdır.

Maraqlıdır, kirayə mənzillərin boşaldılması görəsən, əhalinin yoxsulluq səviyyəsinin artmasının göstəricisi ola bilərmi? Ekspertlər bunu nə ilə izah edir?

İqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki, hazırda maliyyə dövriyyəsində səngimə yaranıb. Ekspertə görə kəskin devalvasiya prosesindən sonra ölkənin iqtisadi durumunda gərgin vəziyyət hökm sürür. Müəssisə və təşkilatların gəlirləri kəskin şəkildə aşağı düşüb, eləcə də əhalinin alıcılıq qabiliyyəti ciddi şəkildə pisləşib:“Belə hal mənzil bazarında qiymətlərin düşməsinə, kirayə əməliyyatlarının həcminə də mənfi təsir göstərib. Kirayə mənzil qiymətinin ucuzlaşması bu mənada başadüşüləndir. Mənzil bazarındakı səngiməyə devalvasiyanın mənfi anlamda təsiri olub. Bir müddət öncə alqı-satqı əməliyyatı olan və notarial qaydada bütün işlər reallaşan mənzillər barədə də vergi tətbiq olunması mənzil alqı-satqısı, kirayə haqlarının aşağı düşməsinə təsir edib”.

Ekspertin qənaətincə, son dövr baş verənlərin fonunda, ticarət müəssisələrində, istehsal və xidmət sahələrində məşğul olanların gəlirləri kəskin şəkildə aşağı düşdüyü üçün obyektlərin gəlir vermədiyini düşünərək onları kütləvi şəkildə boşaldırlar. Həmsöhbətimizə görə kirayə bazarına təklif olunan yerlərin kütləsi, çəkisi xeyli dərəcədə artıb. Kirayə bazarında qiymətlərin aşağı düşməsini şərtləndirən amillərdən biri də budur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar