Davudoğlu erməni baş müşavirinin yerinə türk təyin etdi

Türkiyənin baş naziri Əhməd Davudoğlu baş müşaviri vəzifəsinə Milli Təhsil Nazirliyinin mətbuat məsələləri üzrə müşaviri Əbdülqadir Özkanı təyin edib."Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.Xəbərə görə, yeni baş müşavir İstanbul Bilgi Universitetinin Kommunikasiya fakültəsini bitirib. Uzun illər xarici ölkələrdə media və mədəniyyətlərarası əlaqələr istiqamətində fəaliyyət göstərib.O həm də Türkiyənin UNESKO-dakı Milli əlaqələr komitəsi İdarə heyətinin üzvü olub.

Xatırladaq ki, ondan əvvəl bu vəzifədə Türkiyədə yaşayan erməni Etyen Mahçupyan çalışırdı. O, təqaüd yaşı ilə əlaqədar bu ilin martında tutduğu vəzifədən azad edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar