PREZİDENTLƏR, TARİXÇİLƏR, PAPA - Bir «harsın» qədər cəsarətli ola bilməyənlər!

«Bremen xoru»nun sıraları bir «fərd» də genişləndi...

Geydirmə «erməni genosidi» ilə bağlı dünən yerli KİV-in yaydığı və bir-birini təkzib edən iki məlumat ciddi düşüncələrə yol açır. Birincisi, İsrail prezidentinin sözügedən uydurmaya bildirdiyi münasibətdir ki, İsrailin və sionistlərin indiyə qədər sərgiləmiş olduğu rəsmi mövqe ilə daban-dabana ziddiyyət təşkil edir. Məlumdur ki, bu yaxınlara qədər yəhudilər «erməni genosidi» deyilən uydurmanı heç yaxına da buraxmaq istəmirdilər. Bunun da iki əsas səbəbi var idi.

Birincisi, yəhudilər hesab edirdilər ki, olmayan yerdən uydurulmuş bir «şou»nu II Dünya müharibəsinin gedişində yəhudi xalqının başına gətirilmiş müsibətlərlə (xolokost) eyniləşdirmək olmaz. Nədən ki, belə eyniləşdirmə «xolokost»un özünün mahiyyətini təhrif etmiş olar, dünya ictimaiyyətinin gözündə onun dəyərini heçə endirərdi.

İkincisi, İsrail və sionistlər hesab edirdilər ki, geydirmə «erməni genosidi»ni dilə gətirmək - onu tanımaq avtomatik olaraq, İsrailin Türkiyə ilə münasibətlərinə ciddi ziyan vurar. Çünki yaxın dövrə qədər Türkiyə İslam dünyasında İsrailin ən yaxın və etibarlı müttəfiqi sayılırdı. Görünür, sionistlər üçün bu dəyərlər artıq öz əhəmiyyətini tamamilə itirib. Belədə, məntiqi sual yaranır: Nə üçün?

Suala cavab axtarmazdan əvvəl oxucuların diqqətini bu günlərdə Avropa yəhudi ravvinləri konqresi rəhbərliyinin Vatikana səfərinə - Papa Fransiski ilə görüşünə və İsrail prezidentinin sərgilədiyi «bəyanat»a yönəltmək istəyirəm. Çünki fikrimcə, bu iki olay bir-biri ilə üzvi surətdə bağlı olduğu kimi, birincini ikincinin əsas səbəbi kimi dəyərləndirmək səhv olmazdı.

Bir neçə gün bundan əvvəl AzPolitika.info saytında dərc edilmiş «Türkiyəyə qarşı sui-qəsd» başlıqlı məqaləmdə göstərmişdim ki, «erməni genosidi» mövzusu ətrafında son günlər katolik (xristian) dünyasının sərgilədiyi spekulyasiyalar mahiyyət etibarilə, qardaş Türkiyəyə yönəlmiş sui-qəsdin hələlik, üzə çıxan təzahürləridir. Görünənləri isə gizli saxlananların «güzgü əksi» hesab etmək olar.

Bu fikri ortaya atarkən, iki əsasi arqumentə söykənmək istərdim.

Birincisi, birdən-birə «erməni genosidi» ulaşmasına Roma Papasının açıq və xeyli aqressiv şəkildə müdaxilə etməsidir ki, bunun özünü də xristian dünyasına bir çağırış - «oyuna başlamaq üçün fit» hesab etmək olar.

İkincisi isə, müəyyən mülahizələrdən dolayı, maraqların üst-üstə düşməsi səbəbindən, son dövrdə Vatikanla sionistlərin yaxınlaşma tendensiyasıdır. Görünür ki, qarşıya qoyulmuş məqsədlər Türkiyə ilə münasibətlərə yenidən baxmağa əsas olub. Deməli, məqsədlər daha ciddidir və uzaq perspektivə hesablanıb.

Uzunçuluq etmədən, əminliklə söyləmək olar ki, Türkiyənin bir dövlət olaraq son onilliklər ərzində davam edən dinamik inkişafı məlum dairələri əməlli-başlı narahat etməyə başlayıb. Bu yöndə mötəbər analitiklərin və analitik mərkəzlərin ortaya qoyduğu 21-ci əsr üçün qlobal proqnozlar qeyd etdiklərimi birbaşa və dolayısı ilə təsdiqləyir. Həmin proqnozların əksəriyyətində qeyd edilir ki, 21-ci əsrdə Türkiyə iqtisadiyyatı dinamik inkişafını davam etdirəcək və əsrin ortalarında Türkiyə artıq dünyanın inkişaf etmiş ölkələri (Yaponiya, Çin) sırasında yer alacaq.

Artıq gizlətmək mümkün deyil ki, qarşısına qoyduğu məqsədlərdən dolayı, İsrail (beynəlxalq sionizm) mövcud olduğu bölgədə Türkiyə kimi inkişaf etmiş bir müsəlman dövlətinin varlığını həzm edə bilmir. Başda ABŞ olmaqla, bütün xristian dövlətlər də bu mövqedən çıxış edirlər - gizli və ya aşkar. Deməli, Türkiyəni zəif salmaq istiqamətində sionistlərlə Qərb imperialist dairələrin maraqları indiki mərhələdə üst-üstə düşür. Papanın «fit» çalması da bu məqsədə xilmət edir...

Məhz barəsində söhbət açdığım məqsədlər indi İsrail və Almaniya prezidentlərini «başqa mahnı oxumağa» vadar edir. Məsələn, yayılan xəbərlərdə deyilir ki, İsraildə ilk dəfə olaraq prezident tərəfindən geydirmə «erməni genosidi» ilə əlaqədar mərasim təşkil edilib. Mərasimə İsrail erməni icmasının nümayəndələri və dini liderlər qatılıb. İsrail prezidenti Reuven Rivlin genosid sözünü işlətməsə də, erməni xalqının ötən əsrdə kütləvi cinayətin ilk qurbanı olduğunu dilə gətirib: «Biz, konkret bir ölkəni günahlandırmağa çalışmırıq. Qətliamın qurbanları və qorxunc nəticələri ilə özümüzü eyniləşdirməyə çalışırıq (seçmə mənimdir - M.A.)»

Avtomatik olaraq, sual yaranır: Nə əcəb - bu eyniləşdirmə yəhudilərə hansı ehtiyacdan dolayı gərək olub? Yuxarıda bu suala qismən də olsa cavab vermişəm...

Almaniyanın da 25 aprel tarixinə (2015) qədər sərgilədiyi rəsmi siyasətindən sapması və «ermənii genosidi» ulaşmasına qoşulması barədə əvvəlki yazılarımda söz açmışam. Yayılan xəbərlərdən görünür ki, bu ölkənin prezidenti də özünü təxminən, İsrail prezidenti sayaq aparıb, parlamenti isə «başından yekə qələt» yapıb - «genosid» bəyanatı verib. Diqqətçəkəndir ki, bunlar məhz Vatikanın «fit»indən sonra baş verib. Ona görə də İsrail və Almaniyanın siyasətində baş vermiş əsaslı «dönüş»ün məhz bir mərkəzdən stimullaşdırıldığı özünü açıq şəkildə büruzə verir.

Qərb imperializminin və dünya sionistlərinin günümüzdə həyata keçirməkdə olduğu bu siyasət bütün aspektləri ilə elə həmin dairələrin 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Osmanlı dövlətinə yönəlik həyata keçirmiş olduqları siyasətlə paralellər təşkil edir. Avropanın imperialist dövlətləri olan İngiltərə, Fransa və Rusiyanın Birinci dünya müharibəsində Osmanlı dövlətinə qarşı birlikdə vuruşması, müharibənin gedişində İtaliyanın, Yunanıstanın da bu «birlik»ə qoşulması, baş verənlərə beynəlxalq sionizmin pərdəarxası dəstək verməsi təsadüf olmadığı kimi, günümüzdə elə həmin dövlətlərin və adlarını sadalamadığım digər xristian dövlətlərin geydirmə «erməni genosidi» məsələsinə yönəlik həmrəylik nümayiş etdirməsi də təsadüf sayıla bilməz.

Məqamı yetişdiyi üçün Birinci dünya müharibəsində Osmanlı dövlətinin məğlubiyyətinin əsas səbəblərindən biri üzərinə işıq salmaq istəyirəm. O dövrdə Osmanlı ətrafında yaranmış vəziyyəti dolğunluğu ilə əks etdirmək üçün Sultan II Əbdül Həmidin sionizmin banisi Teodor Hertsil-ə cavabını oxucuların diqqətinə çatdırmaq ehtiyacı hiss etdim.

Mənbənin məlumatına görə, 1901-ci ildə sionist hərəkatının əsasını qoymuş Teodor Hertsil özü İstambula gəlib və Sultandan onu qəbul etməsini istəyib. Səfərdə məqsəd, «yəhudi ocağı» yaratmaq məqsədilə Fələstin torpaqlarının bir hissəsini Osmanlı dövlətindən satın almaq olub. Sultan görüşdən imtina edib və ölkənin baş nazirindən qonağa cavab göndərib. Cavabda Sultan yazıb: «Hertsilə məsləhət görürəm ki, bu layihəsi istiqamətində gələcək addımlar atmaqdan çəkinsin. Mən, bu torpağın bircə ovucunu da verə bilmərəm, çünki o, mənim deyil və bütün İslam millətlərinə məxsusdur. Onlar bu torpaq uğrunda mübarizə aparıb, öz qanlarını əsirgəməyiblər. Yəhudilər öz milyonlarını saxlasınlar. Əgər İslam Xilafəti günlərin birində məhv edilərsə, onda yəhudilər bütün Fələstini müftə əldə etmək imkanı qazanarlar. Amma nə qədər ki, mən sağam, Fələstinin İslam Dövlətindən kəsilib götürüldüyünü görməkdənsə, qılıncı öz bədənimə saplayaram. Bu, mümkün deyil. Nə qədər ki, biz sağıq, bədənimizi (İslam Dünyasının bir hissəsini) kəsməkdən söhbət gedə bilməz».

İbrətamizdir ki, bundan 8 il sonra Sultan Əbdül Həmid devrildi, Osmanlı dövləti isə Birinci dünya müharibəsində məğlub edilərək, əraziləri «hərraca çıxarıldı». Məhz həmin dövrdə İngiltərə, Fransa və Rusiya dövlətləri Osmanlıya qarşı «erməni kartı»ndan məharətlə istifadə etdilər.

Bəs, yəhudilər bu savaşdan nə qazandılar? Yavaş-yavaş Fələstin ərazilərinə axışdılar, məskunlaşdılar və... İkinci dünya müharibəsindən sonra bu torpaqlarda indiki İsrail dövlətini qurdular. Beləliklə, Sultanın Hertsilə «yox» cavabı verməsinin qisası Osmanlıdan beləcə alındı...

Son bir neçə ilin proseslərinin təhlili açıq-aydın göstərir ki, beynəlxalq sionizm Türkiyə üzərinə növbəti həmləyə start verib. Bu dəfəki «bəhanə» isə bir neçə il bundan qabaq Türkiyənin o zamankı baş naziri R.Ərdoğanın beynəlxalq tədbirlərin birində «Bir dəqiqə!» ("One minute") səslənərək, İsrailin baş nazirinin sözünü kəsməsi oldu. Buna əmin olmaq üçün, bir neçə il bundan əvvəl İsrail komandoslarının «Mavi mərmərə» gəmisi ilə davranışını xatırlamaq kifayət edər...

O da məlumdur ki, Türkiyənin prezidenti (baş naziri və digər rəsmiləri) «genosid» bəhanəsi ilə İrəvana səfərə gəlmiş ölkələrin liderlərini kəskin tənqid atəşinə tutub. R.T.Ərdoğan bildirib ki, nə Putinə, nə də Ollanda Ermənistana («genosid yubileyi»nə) getməyə dəyməzdi: «Rusiya, Fransa və Almaniya genosid barədə danışmağa haqqı olacaq ən sonuncu ölkələrdir. Məhz Almaniya iki dünya müharibəsinin baş verməsinə səbəb olub. Bu ölkələrin keçmişdəki əməlləri saysız-hesabsız fəlakətlərə gətirib çıxarıb...»

Türkiyənin sabiq prezidenti Abdullah Gül də geydirmə «erməni genosidi» çalışmalarına yönəlik Rusiyanın tutduğu mövqeni tənqid edib. Xəbər verilir ki, Qətərin «əş-Şərq» qəzetinə müsahibəsində A.Gül aşağıdakı fikri səsləndirib: «O zamankı Osmanlı torpaqlarında müsəlmanlardan savayı əlbəttə, erməni vətəndaşlar da yaşayıb. Onları ruslar 1-ci Dünya müharibəsi zamanı təxribata çəkmişdi... Anadoludakı qiyama cavab olaraq, dövlət onları başqa yerlərə köçürüb. Ancaq İstambulda ermənilərə heç kim toxunmayıb. Onlar hətta yüksək dövlət postlarını tutublar, kilsələri də açıq olub. Təəssüf ki, köçürülmə zamanı yüz minlərlə Osmanlı ermənisi böyük ağrı-acı yaşayıb. Kim olursa-olsun, bu, ümumi ağrıdır. Türk-müsəlmanlar da ağrı-acı yaşayıb...».

Dünən KİV-in yaydığı başqa bir məlumatda isə məhz, A.Gülün söhbət açdığı «erməni təxribatı»ndan bəhs edilir. Bu dəfə məlum hadisələrə erməni mənşəli müğənni İrina Alleqrova münasibət bildirib - özü də prezidentlərdən, tarixçilərdən, Papadan fərqli olaraq, tam obyektiv münasibət. Erməni əsilli, keçmiş Bakılı müğənninin özündə cəsarət tapıb, həqiqətin gözlərinə dik baxması gərəkdir ki, «siyasət nöhuru»na gömülərək, cəsarət-ləyaqət hissələrini itirmiş prezidentlər, tarixçilər və «müqəddəs ata»lar üçün bir dərs, bir örnək olsun!

Bəs, Alleqrova nə deyib? Yayılan məlumatlarda deyilir ki, İrina Alleqrova aprelin 24-də geydirmə «erməni genosidi» ilə bağlı yazıb: «Yüz il qabaq erməniləri rusların tərəfini tutduqlarına görə qırıblar...». Yəni ki, Osmanlıya xəyanət yolunu tutduqlarına görə!

Əslində, Alleqrova 1915-ci ilin aprelində Van şəhərində baş vermiş erməni xəyanətindən bəhs edib. O vaxt Rusiya ordusu Osmanlının içərilərinə doğru irəliləyirdi. Bunu görən erməni millətçiləri Vana toplaşaraq, rusları qarşılamağa qərar veriblər. Aprelin 19-da üsyan edən ermənilər şəhərdəki türklərə hücum ediblər. Daha sonra Rusiya ordusu şəhəri mühasirəyə alıb. Müxtəlif bölgələrdən gəlmiş 40 minə yaxın erməni könüllüsü rusların tərəfindən vuruşmağa başlayıb. Bu hadisələr zamanı 15 minə yaxın türk həlak olub. Mayın 16-da mühasirəni dağıdan Osmanlı hakimiyyəti təhlükəsizlik məqsədilə bölgədəki erməniləri Aralıq dənizi sahillərinə köçürmək barədə qərar verib. Köç zamanı yolda müəyyən sayda erməni həlak olub. Ermənilər məhz bunu genosid kimi təqdim edirlər. Van xəyanəti barədə faktları isə gizlətməyə çalışırlar. İrina Alleqrova isə yazdıqları ilə həmin faktların üzərinə işıq salıb...

Erməni, yaşadığı ölkəyə təkcə Osmanlıda xəyanət etməyib. Xəyanət hissləri bu «parazit millət»in qanından-genindən qaynaqlanır. Bir nesə gün bundan əvvəl AzPolitika.info-da dərc olunmuş «Parazit millət» başlıqlı məqaləmdə erməni xəyanəti barədə tanınmış simaların söylədiyi bəzi fikirləri hörmətli oxucuların diqqətinə çatdırmışam. Bu sıraya bir tarixi faktı da əlavə etmək lap yerinə düşərdi.

Tarixdən məlumdur ki, Gəncə şəhərini mühasirəyə almış rus generalı Sisiyanov məhz ermənilərin xəyanəti sayəsində Gəncə qalasını ala bilib. Ermənilər qalanın gizli yollarını ruslara göstəriblər. Amma çox təəssüf ki, Osmanlıda olduğu kimi, bu xəyanətə görə, erməniləri cəzalandıran olmayıb. Məhz bu səbəbdən dolayı, 20-ci əsrin sonlarında ermənilər rusların hərbi dəstəyi sayəsində Qarabağı işğal, Xocalını isə yerlə-yeksan etdilər. Diqqətçəkəndir ki, Xocalı sakinlərinə məhz etnik mənsubiyyətlərinə görə divan tutduqlarını Ermənistanın indiki prezidenti Serjik açıq şəkildə etiraf edib. İbrətamizdir ki, bütün bunların qarşılığında, imanını tamamilə itirmiş xristian dünyası ermənini qınamaq əvəzinə, başını sığallayıb, onu «mənim əzabkeş balam» mahnısına qonaq edir!

Aprelin 24-də isə İrəvana axışan və bir «harsın» qədər cəsarəti olmayan sürtük-riyakar simalar - prezidentlər, siyasətçilər, tarixçilər və s. saç yolub, «genosid» deyib, ulaşma sərgilədilər...

Türkiyə isə onlara baxıb, belə dedi: Qeyrətimiz, ümmətimiz, imanımız var - ALLAHIMIZ VAR!!!

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar