26 dərəcə isti olacaq - Proqnoz

spring-blossom-sunshine havaYağmursuz, küləksiz yaz havası gözlənilir

Sabah ölkə ərazisində hava yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi mülayim cənub küləyinə keçəcək.

Havanın temperaturu gecə 8-13˚, gündüz 15-20˚, bəzi yerlərdə 22˚ isti olacaq.

Aprelin 29-da Azərbaycanın bölgələrində də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu aran rayonlarında gecə 9-14˚, gündüz 19-24˚, bəzi yerlərdə 26˚ isti, dağlarda gecə 3-8˚ isti, gündüz 12-17˚, bəzi yerlərdə 20˚ isti olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar