Azərbaycan nigerli hakeri axtarışa verdi

Azərbaycanda bəzi şirkətlərin hesabından külli miqdarda pul oğurlayan nigerli haker barəsində İnterpol xətti ilə axtarış elan edilib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Niger vətəndaşı, 33 yaşlı Alusula Adilxan Adicokon kompüter sistemi və elektron-kompüter xidmət qaydalarının pozulması, kompüter sistemlərinə qanunsuz müdaxilə və oğurluqda təqsirli bilinir.

Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar