ATƏT sədri Azərbaycana gəlir

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç mayın 31-də Azərbaycanda səfər edəcək.

Serbiya Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, İ. Daçiçin Bakıya gəlişi Cənubi Qafqaza səfəri çərçivəsində baş tutacaq.

Regiona səfər Azərbaycandan başlayacaq. Daha sonra o, Gürcüstan və Ermənistana səfər edəcək.

Azərbaycana səfər çərçivəsində müzakirə olunacaq məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsinin həlli yolları prioritet təşkil edəcək.

Serbiyanın Azərbaycandakı səfirliyindən isə APA-ya bildirilib ki, İ. Daçiçin Bakıya səfəri çərçivəsində dövlət rəsmiləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və digər şəxslərlə görüşlər planlaşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar