Afrikada terror təşkilatlarının yaranmasının səbəbləri açıqlandı

150213141329_boko_haram_640x360_afp_nocredit“Gənc, təhsilsiz və işsiz insanları aldatmaq, onlardan istifadə etmək daha asandır. Afrikada “Boko Haram”, “Əs-Şabab” kimi terror təşkilatlarının yaranmasının səbəbi budur. Münaqişə, yoxsulluq olanda isə insanlar yerlərini dəyişməyə, miqrasiya etməyə çalışırlar. Bu gün Avropanın qarşılaşdığı miqrasiya probleminin kökündə də bu dayanır”. APA-nın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Forumu çərçivəsində təşkil olunan paneldə çıxış edən Nigeriyanın sabiq prezidenti Olusegun Obasanjo söyləyib.

Sabiq prezident deyib ki, miqrasiya edən insanların bir hissəsi Aralıq dənizində gəmilərin qəzaya uğraması nəticəsində ölür: “Afrikada Nigeriya, Mali, Somali kimi ölkələrdə gənclər üçün iş yerləri vacib məsələdir. Gənclərin iş problemini həll etməsək, Aralıq dənizi afrikalılar üçün məzar olmaqda davam edəcək”.

Demokratiyanın əhəmiyyətindən danışan Olusegun Obasanjo Nigeriyada son seçkilərin ədalətli olduğunu və yeni dövlət başçısının seçildiyini bildirib: “Ancaq daha sonra düzgün idarəçilik olmalıdır ki, işsizlik aradan qaldırılsın. Afrikanın gəncləri düşünürlər ki, xaricilər onların işlərini əllərindən alırlar, ona görə də xariciləri sevmirlər, ksenefobiya halları baş verir. Yaxşı idarəçilik olmasa, seçkilər və nəticələri mənasız olacaq. Təhsilli gənclər də iş tapmasa, aldıqları diplomun mənası nə olacaq? Biz də buna imkan verməməliyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar