Bu ölkələr İŞİD-ə silah verir

Siyahıya Rusiya, ABŞ, Belçika və Çin başçılıq edir

"İraq Şam İslam Dövləti" (İŞİD) qruplaşmasının istifadə etdiyi silahları haradan alması barədə ABŞ-ın "The New York Times" qəzeti məqalə dərc edib. Anspress-in məlumatına görə, yazıda deyilir ki, Kobanidə bir nəfər kürd silahlının əlində Amerika istehsalı olan M-16 avtomatı görürlər, ancaq sonradan bu silahın Çin istehsalı olduğu üzə çıxır. Bu faktı Münaqişələrin Silahlandırılmasının Öyrənilməsi Qurumunun üzvü aşkarlayır.

Yazı müəllifi vurğulayır ki, belə çıxır İŞİD Suriyadan tutmuş Şərqi Afrikayadək müxtəlif yerlərdən silah əldə edir. Qurum bu həftə qanunsuz dəstənin silah-sursatı barədə faktları yayacaq.

Qəzet yazır: "İŞİD-in siyahısında silah ixrac edən ölkələrin adları var. Belə ki, patronlar Rusiya və ABŞ-dan, avtomatlar Belçikadan, tank əleyhinə raketlər Qərbi Avropa və ABŞ-da ofisləri olan MBDA şirkətindən gəlir. Qurum üzvləri Kobanidə 2012-2014-cü illərdə Sudan, Rusiya, Çin və İranda istehsal olunmuş silah-sursat aşkarlayıblar. Belə çıxır bu qrup heç də təcrid olunmayıb."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar