“Neftin aşağı olduğu bir vaxtda iqtisadi artım 5% təşkil edib” - Prezident

Gələcək illərdə Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasətinə diqqət ayırmaq niyyətindədir. Bu barədə ölkə prezidenti İlham Əliyev bəyan edib.

“Gələcək illərdə şaxələndirmə siyasətinə diqqət yetirəcəyik. Əsas istiqamətlər texnologiyalar və kənd təsərrüfatıdır”, - deyə İ.Əliyev çərşənbə axşamı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Yeni dünya düzənində etimadın yaradılması” mövzusunda III Qlobal Açıq Cəmiyyətlər Forumunda bəyan edib.

Prezident vurğulayıb ki, Bakının yürütdüyü iqtisadi siyasət müstəqil xarici siyasət aparmağa imkan verir. Bu gün ÜDM-in təxminən üçdə iki hissəsi qeyri-neft sektorundan formalaşır, “hətta neftin qiymətlərinin aşağı olduğu bir vaxtda cari ilin birinci rübündə ölkədə iqtisadi artım 5% təşkil edib”. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar