“Həmsədrlərlə əvvəldən danışmışdıq” - XİN başçısı

Elmar-Memmedyarov-cixish"Ermənistan tərəfi müəyyən bəhanələr gətirirdi ki, aprel ayında müəyyən tədbirləri var"

“Həmsədrlərlə əvvəldən danışmışdıq ki, aprel qurtarsın, ondan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini yerindən necə tərpədə biləcəyimiz barədə fikirləşək”. APA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazirin sözlərinə görə, Ermənistan tərəfi müəyyən bəhanələr gətirirdi ki, aprel ayında müəyyən tədbirləri var: “Artıq aprel qurtarır. Aprelin 30-da Parisdə həmsədrlərlə görüşəcək, hansı planları quracağımızı müzakirə edəcəyik.

İlk növbədə, Ermənistan qoşunlarını işğal etdiyi torpaqlardan çıxarmalıdır. Ondan sonra atacağımız addımları müəyyənləşdirəcəyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar