Nepalda dəhşətli vəziyyət: 4 min 349 ölü

Təkanlar nəticəsində yaralananların sayı isə azı 8 min 500-ə çatıb

Nepalda baş verən güclü təkan nəticəsində ölənlərin sayı artmaqda davam edir. Anspress-in məlumatına görə, son açıqlanan rəqəmlərdə ölü sayının 4 min 349 nəfərə çatdığı bildirilib. Təkanlar nəticəsində yaralananların sayı isə azı 8 min 500-ə çatıb.

Nepal baş naziri Suşil Koirala mətbuata açıqlamasında qeyd edib ki, ölü sayı 10 minə çata bilər. Xilasetmə işlərinin sürətlə aparıldığını deyən hökumət başçısı bölgəyə çadır və tibbi vəsait yardımı göndərildiyini söyləyib:

"Hökumət xilasetmə işləri çərçivəsində əlindən gələn hər şeyi edir. Nepal üçün olduqca çətin zamandır", - deyə baş nazir vurğulayıb.

Digər bir məlumata görə, zəlzələ nəticəsində bölgədə 90 İngiltərə və İrlandiya vətəndaşının itkin düşdüyü məlum olub.

Qeyd edək ki, ölkəyə humanitar yardım göstərməyə çalışanlar da az deyil. İndiyə qədər Azərbaycan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, Böyük Britaniya, Çin və İsrail Nepala yardım əlini uzadıb. Amerika Birləşmiş Ştatları dövlət katibi Con Kerri Nepala əlavə olaraq 9 milyon dollar məbləğində maliyyə dəstəyi vəd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar