Azərbaycanda yeni dövlət qurumları yaradıla bilər

Yaxın gələcəkdə Azərbaycanda Dövlət Əməyin Mühafizəsi Fondunun, Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin yaradılması, əməyin mühafizəsinin idarə edilməsi sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur. Fins.az-ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib. Onun sözlərinə görə, bu məsələlər rəhbərlik etdiyi qurumun hazırladığı Əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiyayada öz əksini tapıb: “Bu Strategiya əməyin mühafizəsi sahəsində kifayət qədər mühüm addımların atılmasını təmin edəcək”.

Nazir Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyələşə biləcəyi mənbələri də açıqlayıb. Onun sözlərinə görə, istehsalatda bədbəxt hadisələrdən sığorta ilə məşğul olan şirkətlər topladıqları sığorta haqqının bir hissəsini bu fonda köçürə bilər, fond əməyin mühafizəsi ilə bağlı tədbirləri maliyyələşdirər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar