"KEÇMİŞ SSRİ RESPUBLİKALARI RUSİYA ƏRAZİSİDİR" - Putin

Rusiya prezidenti Vladimir Putin SSRİ-nin dağılması ilə bağlı öz versiyasını açıqlayıb. Putin deyib ki, bütün sabiq SSRİ respublikaları Rusiya dövlətinin ərazisidir. Avropa.info xəbər verir ki, o, bu haqda “Rossiya” kanalında göstərilən təbliğat filmində danışıb.

Vladimir Putin: “Bizim hər birimizin illüziyamız vardı ki, SSRİ-nin çöküşündən sonra Rusiya könüllü olaraq öz ərazilərinin itirilməsi hesabına tarixi məhdudiyyətlərəə gedəcək, istehsal gücündən imtina edəcək və s. Bizə elə gəlirdi ki, SSRİ-ni mədəni dünyadan ayıran kommunist ideologiyasından imtina ilə zəncirlər qırılaraq düşəcək, azadlıq bizi qapıda qarşılayacaq, qardaşlarımız isə qılıncını bizə verəcək”.

Putin şikayətlənib ki, Qərb Rusiyaya nəinki qılınc verdi, hətta SSRİ-nin olan-qalan gücünü də alıb apardı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar