“Rusiya ocağa odun atmaqda davam edəcək” - Sabiq prezident

"Hamı 100 faiz bilir ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı qərar Donbassda yox, Rusiyada, Kremldə verilə bilər".

Bunu III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edən Ukraynanın keçmiş Prezidenti Leonid Kuçma jurnalistlərə açıqlamasında deyib.

Ukraynadakı münaqişənin həlli ehtimalına gəlincə, o, MDB məkanındakı digər münaqişələrlə analogiya apararaq eyni aqibətin Donbassı da gözlədiyini bildirib: “Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi, Gürcüstanda Cənubi Osetiya, Abxaziya, Moldovada Dnestryanı məsələsi həll olundumu? Donduruldu. Donbass məsələsini də eyni aqibət gözləyir. Çünki böyük ehtimalla Rusiya Ukrayna ilə müharibə etməyəcək, çünki bu ona baha başa gələcək. Amma ocağa odun atmaqda davam edəcək”.

O, “Siz keçmiş dövlət başçısı olaraq, bu məsələdə kimi günahkar hesab edirsiniz?” sualına isə belə cavab verib: “Əgər mən prezident olaraq qaysaydım, Donbassda münaqişə olmayacaqdı”. /Trend

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar