İsrail XİN rəhbərindən sensasion açıqlama: “Erməni soyqırımı”nı qəbul etmirəm”

“İsrail ermənilərin 1915-ci ildə Osmanlı imperiyasında baş verənləri Xolokost faciəsi ilə müqayisə etmək cəhdlərini qəbul etmir”. Virtualaz.org saytının xüsusi müxbiri Təl-Əvivdən xəbər verir ki, bu bəyanatla bu gün keçirdiyi mətbuat konfransında İsrailin xarici işlər naziri Aviqdor Liberman çıxış edib.

A.Liberman bir çox jurnalistlərin İsrailin “erməni soyqırımı”nı indiyədək nəyə görə tanımaması və İrəvana nədən “sanballı bir nümayəndə heyəti göndərməməsi” ilə bağlı əsəbi suallarını da cavablandırıb.

Nazir həmin suallara belə sərt cavab verib: “Şəxsən mən “erməni soyqırımı” termininin özünü də qəbul etmirəm. Çünki bu söz məndə dərhal Xolokost assosiasiyası yaradır. Halbuki II dünya müharibəsi illərində yəhudilərin kütləvi şəkildə məhv edilməsi kimi bir hadisə bəşəriyyət tarixində heç vaxt olmayıb və ümid edirəm ki, bundan sonra da heç vaxt olmayacaq.

Məncə, hər bir israilli siyasətçi belə mövqedən çıxış etməlidir. Digər tərəfdən, İsrail nə 1915-ci il hadisələrini, nə də hər hansı digər faciəni,-tarixdə isə belə faciələr çox olub,- genosid kimi tanımamalıdır. Prezident Rivlini İrəvana - bu hadisələrin anım mərasiminə getmədiyinə görə qınayanları da başa düşə, onlara haqq qazandıra bilmirəm. ABŞ prezidenti Barak Obama da Ermənistana getmədi. Yəni amerikalılarla bizim mövqeyimiz üst-üstə düşdü”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar