Rüstəm İbrahimbəyovun gəlişi təxirə düşür

Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun ölkəyə dönüşü ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Milli Şura sədrinin İcra Aparatının rəhbəri Eldar Namazov Rüstəm İbrahimbəyovun iyulun 31-də Bakıya qayıtmasının planlaşdırıldığını bildirib.

Onun sözlərinə görə, Milli Şuranın vahid namizədi ayın 30-da Tiflisə 1 günlük səfərdən sonra, Bakıya dönməliydi: “Rüstəm bəyin Rusiya vətəndaşlığından imtina ərizəsinə baxılması tam sürətlə getmir. Ancaq seçkilərə start verilənə qədər bu məsələ öz həllini tapmalıdır. Rusiya qanunvericiliyinə görə bu prosedurda şəxsin fiziki iştirak lazımdır. Ona görə də biz Milli Şura olaraq qərara almışıq ki, iyunun 30-da 15 nəfərdən ibarət heyətlə Gürcüstana səfər edək və Rüstəm bəylə seçki məsələlərini müzakirə edək. Qərara gəlmişik ki, Rüstəm bəy əvvəlcə vətəndaşlıqla bağlı sənədləri alsın, sonra Azərbaycana qayıtsın”, – deyə Eldar Namazov bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar