İstefa verən üçüncü nazir Ərdoğanı da istefaya çağırdı

Türkiyədə adı korrupsiya qalmaqalında hallanan daha bir nazir istefaya gedib.

APA-nın xəbərinə görə, iqtisadiyyat naziri Zəfər Çağlayan və daxili işlər naziri Müəmmər Gülərdən sonra şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktar da istefa verib. Ə. Bayraktar millət vəkilliyindən də istefa verdiyini açıqlayıb.

Ərdoğan Bayraktar istefasının səbəblərini NTV telekanalına açıqlayıb. O, istefa verməsi üçün baş nazir tərəfindən ona təzyiq göstərildiyini bildirib:

“Cinayət işi dosyesində mənimlə bağlı izah edə bilməyəcəyim hansısa məqam yoxdur. Təbii ki, baş nazirin istədiyi naziri vəzifədən çıxarmaq səlahiyyəti və haqqı var. Lakin rüşvət və korrupsiya ilə bağlı bir əməliyyat səbəbi ilə “istefa edin və məni rahatladacaq bəyanat verin” şəklində mənə təzyiq göstərilməsini qəbul etmirəm. Çünki istintaq dosyesinin mənimlə bağlı hissələrində yer alan inşaat planlarının hamısı baş nazirin təsdiqindən keçən məsələlərdir. Bu minvalla nazirlikdən və millət vəkilliyindən istefa verdiyimi açıqlayıram. Bu milləti və vətəni rahatlatmaq üçün hörmətli baş nazirin də istefa verməsinin lazım olduğuna inanır və uca millətimə sayğılarımı çatdırıram”.

Xatırladaq ki, E. Bayraktarın oğlu Abdulla Oğuz Bayraktar dekabrın 17-də İstanbul polisinin keçirdiyi rüşvət və korrupsiya əməliyyatı zamanı həbs edilib. Lakin məhkəmə onun haqqında həbs qətimkan tədbiri seçməyib və A. O. Bayraktar azadlığa buraxılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar