VƏFA QULUZADƏ DƏFN OLUNDU - YENİLƏNİB, VİDEO+FOTOLAR

Dünən dünyasını dəyişən tanınmış politoloq, sabiq dövlət müşaviri Vəfa Quluzadə dəfn olunub.

APA-nın məlumatına görə, mərhumun cənazəsi yaşadığı evdən götürülüb və Yasamal qəbiristanlığında - gənc yaşlarında xəstəlikdən vəfat etmiş oğlunun məzarı yanında torpağa tapşırılıb.

Qeyd edək ki, V. Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub. O, 1958-ci ildə 23 saylı orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olunub, 1963-cü ildə məzun olub. 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb. 1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, daha sonra filologiya elmləri namizədi elmi adı alıb. 1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb. 1973-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib. Yenidən diplomatik xidmətə qaytarılan V. Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.

1990-cı ildə Azərbaycana qayıdıb, Azərbaycan Respublikasının xarici siyasət üzrə dövlət müşaviri işləyib. 1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olub.

O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak edib. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik edib, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak edib.

***

Dünən axşam saatlarında ürəyində aparılmış cərrahiyyə əməliyyatından sonra vəfat edən politoloq Vəfa Quluzadə bu gün saat 15:00 radalərində Yasamal məzarlığında dəfn olunacaq.

***

Tanınmış politoloq və dövlət xadimi, keçmiş dövlət müşaviri  Vəfa Qulzuadə bu gün axşam saatlarında vəfat edib.  V.Quluzadənin səhhəti qəflətən pisləşib və dünyasını dəyişib. Məlumatlara görə, mərhum son vaxtlar ürək xəstəliyindən əziyyət çəkir və müalicə olunurdu.

V. Quluzadənin səhhəti  bu gün qəflətən ağırlaşıb və o, Bakıdakı xəstəxanalardan birinə yerləşdirlib. Onun ürəyində şuntlama əməliyyatı keçirilib, əməliyyatdan sonra V. Quluzadə palataya yerləşdirilib. Lakin bir az sonra onun səhhəti qəflətən pisləşib və dünyasını dəyişib.

APA-nın hazırda Əjdərbəy Məscidində olan əməkdaşının verdiyi xəbərə görə, V. Quluzadənin cənazəsi məscidə gətirilib. Qohumlarının bildirdiyinə görə, V. Quluzadə sabah Yasamal qəbirstanlığında gənc yaşlarında xəstəlikdən vəfat etmiş oğlunun məzarının yanında dəfn ediləcək.

Qeyd edək ki, politoloq, Xəzər regionu dövlətlərinin siyasi tədqiqatı Fondunun prezidenti, Azərbaycan Respublikasının xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub.

1958-ci ildə 23 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olunuv, 1963-cü ildə məzun olub. 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb.

1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. Dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi adı alıb.

1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb. Ərəb-İsrail müharibəsinin getdiyi bir vaxtda Misir prezidenti Ənvər Sədatın SSRİ Xarici işlər naziri Andrey Qromıko ilə görüşündə iştirak edib.

1973-cü ildə vətənə qayıdan V.Quluzadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.

Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.

1990-ci ildə Azərbaycana qayıdıb və Azərbaycan Respublikasının xarici siyasət üzrə Dövlət Müşaviri işləyib. Növbəti iki prezidentin – Əbülfəz Elçibəy və Heydər Əliyevin hakimiyyəti dövründə də öz postunda qalıb.

Bu zaman ərzində Vəfa Quluzadə Azərbaycan xarici siyasətinin formalaşmasında yaxından iştirak edib. 1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olub.

O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak edib. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik edib, ATƏT-in sammitlərində, Cenevrə və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak edib.

1999-cu ilin sonlarına yaxın xarici işlər naziri Tofiq Zülfüqarov və prezident köməkçisi Eldar Namazovla eyni vaxtda istefa verib. Vəfa Quluzadə ərəb, rus, ingilis və fars dillərini bilirdi.

Bir qızı və dörd nəvəsi var. Vəfa Quluzadənin oğlu Murad 2010-cu ildə 36 yaşında onkoloji xəstəlikdən vəfat etmişdi.

Mərhumun yaxınlarına və doğmalarına başsağlığı veririk.

Allah rəhmət etsin!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar