Putin Ermənistana səfərini təxirə saldı

Buna səbəb Ermənistandan istədiyini alması və artıq səfərə ehtiyac durmaması olub

Rusiya prezidenti Vladimir Putin Ermənistana səfərini təxirə salıb. “Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Kremldəki mənbəsinə dayanaraq məlumat yayıb.

Məlumatda deyilir ki, sentyabrın ikinci ongünlüyünə planlaşdırılan səfərin təxirə salınmasına səbəb Putinin Ermənistandan istədiyini alması və artıq səfərə ehtiyac durmaması olub. Nəşr daha bir versiya irəli sürərək idda edir ki, ola bilsin Putin Ermənistanda ona qarşı yaranan antirusiya əhval-ruhiyyəsindən xəbərdardır və bunun şahidi olmaq istəməyib.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar