Ərdoğan Fətullah Güləni əxlaqsızlıqda ittiham edib

“Bir tərəfdən “Quran”, Allah, peyğəmbər deyəcəksən, amma adın kasetlərlə, komplolarla anılacaq”

“Doqquz gündür bir əməliyyat həyata keçirilir. Adına korrupsiya və rüşvət əməliyyatı deyildi, daha sonra tarixin ən böyük korrupsiya əməliyyatı deyildi. İstintaqın gizli aparılmasına baxmayaraq, mediaya davamlı məlumat sızdırıldı. Bizə düşən vəzifə bu orqanları təmizləməkdir. İnsanları ləkələməyə kimsənin haqqı yoxdur”. APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) vilayət təşkilatlarının rəhbərləri ilə keçirdiyi müşavirədə çıxış edərkən deyib.

R. T. Ərdoğan bildirib ki, hökumətə qarşı bu əməliyyat daxili bir əməliyyat deyil, bunun beynəlxalq miqyası da var: “Gəzi Parkı hadisələrində açıq bir xəyanətə şahid olduq. O zaman hökumətimizin may ayında əldə etdiyi uğurlar hədəf alınmışdı, indi isə kürd probleminin həlli prosesi hədəf alınıb. Bəzi dairələr, qurumlar, mərkəzlər bizə qarşı qurulan bu tələdə maşa kimi istifadə edildilər. Biz bu medianı, bu təşkilatları illərdir çox yaxşı tanıyırıq. Açıq deyirəm: son olay göstərdi ki, Türkiyədə öz dövlətinin deyil, başqalarının mənafeyini düşünən, vətənə xəyanət içərisində olan, başqalarının casusu olan media qurumları və təşkilatlar var. Dövlətin içində təəssüf ki, belələri mövcuddur. Hökumət olaraq biz bunun üzərinə gedirik”.

R. T. Ərdoğan bir daha nurçular hərəkatını və onların lideri Fətullah Güləni nəzərdə tutaraq dövlətin içində qeyri-qanuni paralel təşkilatlanmalar olduğunu vurğulayıb: “Bir hərəkat, bir ideya ən əvvəl əxlaq sahibi olmaq məcburiyyətindədir. Hər yolu mübah görən, hər yolu özlərinə rəva görən bir hərəkat əsla uğur qazana bilməz. Bir tərəfdən “Quran”, Allah, peyğəmbər deyəcəksən, amma adın kasetlərlə, komplolarla anılacaq. Kimsənin bu əziz dindən bu cür istifadə etməyə haqqı yoxdur. Bu komplolar Baykala, Dəmirələ, Ərbakana da quruldu. Ən sırt cavabı verməzsək, bənzərləri qurulmağa davam edəcək. Biz bu çirkin əməliyyatdan güclənərək çıxacağıq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar