Şimali Koreya liderindən dünyada görünməmiş edam qərarı - VİDEO

Kim Çen In bu dəfə məhkumları raketin qarşısına düzərək edam etdirib

Şimali Koreya prezidenti Kim Çen In bu dəfə məhkumları zenit-raket kompleksləri ilə edam etdirib. Anspress-in məlumatına görə, Şimali Koreya İnsan Haqları İzləmə Təşkilatının yayımladığı və ötən ilin oktyabr ayına aid olduğu bildirilən peyk fotosu bütün faktları üzə çıxarır. Şəkildən aydın olur ki, məhkumlar yan-yana düzülüb və zenit-raket kompleksləri onlara tuşlanıb.

Paytaxt Pxenyan yaxınındakı Kanqqon hərbi təhsil ocağında çəkilən görüntülərdə 6 ədəd ZPU-4 tipli hərbi texnika diqqət çəkir. Sözügedən silahlar məhkumlara 90 metr məsafədə yerləşdirilib.

Fotonun aylardır mütəxəssislər tərəfindən araşdırıldığını ifadə edən təşkilat bu görünüşlərin başqa bir anlama gələ bilməyəcəyini dilə gətirib. 50 kalibrli bir zenit mərmisi təxminən 24 pulemyotun atəş gücünə ekvivalentdir. Bu cür edam nəticəsində insanların bədəni parça-parça olur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar