"Rza Zərrab Geneli onun azərbaycanlı rəfiqələri ilə aldadıb"-Günay Musayeva

“Günel də Rza Zərrabın lüks evini soyub Azərbaycana qaçıb...”

Türkiyənin "Bu gün” qəzetinin yazarı hazırda həbsdə olan qalmaqallı milyarderin keçmiş sevgilisi ilə bağlı ilginc məlumat yayıb

İran əsilli azərbaycanlı iş adamı, Türkiyədə nazirlərə milyonlatla dollar rüşvət verdiyinə və İrana aid on milyardlarla dolların "yuyulmasını” təşkil etdiyinə görə dekabrın 17-də həbs olunan Rza Zərrab medianın gündəmindən düşmür.

Virtualaz.org saytı xəbər verir ki, Türkiyənin "Bu gün" qəzetinin yazarı Aykut İşıklar bu günkü köşə yazısında Rza Zərrabdan və onun azərbaycanlı sevgilisi Günellə bir neçə il əvvəlki davasından bəhs edib. Aykut İşıkların yazısının həmin hissəsini təqdim edirik:

"Rza Zərrab 2008-ci ilin sentyabr ayında yenə polis idarələrində və məhkəmə dəhlizlərində dolaşırdı. Ancaq o zaman "aman, məni qurtarın, bu kiçik qız məni öldürəcək” deyə ağlayırdı. Cümhuriyyət prokuroruna şikayət ərizəsi vermişdi.

O qız uşaqlıq aşkı Günel Zeynalova idi. Rzanın 8 illik böyük aşkı azərbaycanlı müğənni Günel... Bu ad o dövrlərdə maqazin mediasında çox yer almışdı.

Daha sonra Rzanın yeni aşkı Əbru Gündəşlə birlikdə Günelin adını çox oxuduq. Günel hər yerdə "Əbru 8 illik sevgilimi əlimdən aldı” deyirdi.

İşin ilginc tərəfi də patronu İbrahim Tatlısəs olmuşdu. Bir yandan adam öldürməyə təşəbbüs etməkdə ittiham olunur, digər yandan "Sevgilimi əlimdən aldı” deyərək Əbru Gündəşi ittiham edirdi.

Tatlısəs arada qalmışdı. İbrahim Tatlısəs o günlərdə Rza ilə görüşdümü - bilmirəm, arayamı girdi - bilmirəm. Bildiyim tək şey Günelin bir gün ortadan qeyb olması idi. Rzanın lüks evini soyub boşaltdığı... Sonradan öyrəndim ki, çox tələsik Azərbaycana gedib.

O günlərdə Rza Zərrabın keçmiş sevgilisi haqda məhkəməyə verdiyi ərizəni də xatırlayıram. Günelin özünü müdafiə etməsi də çox komik idi. Biz türk xalqı bunlara layiq deyilik. Bu kimi insanları bu və ya digər şəkildə tanımaq, müzakirə etmək məcburiyyətində də deyilik”.

Bu arada Türkiyədə aktyor Tolqa Karelin arvadı, azərbaycanlı model Günay Musayeva bildirib ki, Rza Zərrab onun Azərbaycandakı rəfiqələrini və dostlarını da aldadıb.

G.Müsayeva bu gün səhər “Beyaz TV” telekanalında yayımlanan “Söyləməzsəm olmaz” proqramının qonağı olub və rəfiqəsi, müğənni Günel Zeynalova ilə milyarder Rza Zərrab arasındakı münasibətlərdən danışıb.

G.Musayeva deyib ki, o, Rza Zərrabın keçmiş sevgilisi olan Günellə yaxın rəfiqədir. G.Musayeva Rza Zərrabın həbsindən sonra - dekabrın 23-də Günellə danışdığını bildirib: “Günelə Rza Zərrab tərəfindən böyük haqsızlıq edildi. Günel Rza Zərrabdan heç nə almadı... Əbru Gündəş üçün villalar alınarkən Rza Günelə bir çiçək də almadı”.

G.Musayeva deyib ki, Rza Zərrab Əbru Gündəş, İbrahim Tatlısəs kimi şəxslərlə məhz Günelin sayəsində tanış olmuşdu. O, Rza Zərrabın Azərbaycandakı yaxın rəfiqələrini da aldatdığını bildirib.

“Aldadılan rəfiqələrimin də uşaqları var idi, Rza Zərrab onları da pis vəziyyətə saldı. Bunlar Azərbaycanda məlum olan şeylərdir” - deyə model bildirib.

O deyib ki, Əbru Gündəş Rza Zərrabın əməllərindən xəbərdar idi və rəfiqəsi Günel Zeynalova “hər şeyə rəğmən dimdik ayaqdadır”.

Söhbət zamanı G.Musayeva əri Tolqa Karellə boşanmağa hazırlaşmadığını da deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar