“Qarabağda müharibə ehtimalı artıb” - Sabina Freyzer

Təmas xəttindəki son il yarımdakı qanlı olaylar nəticəsində Qarabağ konflikti zonasında “təsadüfi müharibə” ehtimalı artıb. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Atlantika Şurasının böyük elmi əməkdaşı, Beynəlxalq Böhran Qrupunun Avrasiya proqramları üzrə direktoru Sabina Freyzer bildirib.

“Azərbaycan bir və ya bir neçə” supergücdən “xeyir-dua” almadan genişmiqyaslı hərbi əməliyyatlara gedərmi” sualına ekspert belə cavab verib: “Mən inanmıram ki, Azərbaycan və ya Ermənistan münaqişə sonasında geniş miqyaslı əməliyyatlar planlaşdırır. Ancaq mən ondan narahatam ki, “təsadüfi müharibə” ehtimalı artmaqdadır. Onun total müharibəyə keçməsi regional dövlətlərin razılığı olmadan da baş verə bilər”.

Freyzer 1994-cü ildən sonrakı atəşkəs dövründə münaqişə tərəfləri arasında inam-etimadın ən aşağı səviyyədə olduğunu da qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar