Əfsanəvi Amerika iqtisadiyyatı artıq mövcud deyil!

Amerikalı politoloq və iqtisadçı Pol Kreyq Roberts hesab edir ki, ABŞ iqtisadiyyatının gerçək vəziyyəti yaxın zamanlarda ABŞ iqtisadi analizlər Bürosunun təqdim edəcəyi real informasiyadan hər kəsə, makroiqtisadi məsələlərdən az-çox başı çıxanların hamısına aydın olacaq (RİA Novosti).

Pol Kreyq Roberts deyib ki, Amerika iqtisadiyyatı statistik hesabatlarda göstəriləndən xeyli pis vəziyyətdədir: «ABŞ katostrofik maliyyə böhranı ərəfəsindədir. ABŞ İqtisadi analizlər Bürosu (BEA) ölkənin Ümümi Daxili Məhsulu (ÜDM) barədəki rəqəmləri saxtalaşdırır. Çünki əgər BEA ÜDM artımı barədə neqativ proqnozlar versə, maliyyə bazarları üzrə Prezidentin işçi qrupu mümkündür ki, bazardakı əhəmiyyətli enmələrin qarşısını ala bilməsin...»

Roberts daha sonra yazır: «Statistik hesabatları hazırlayan heç bir dövlət orqanı maliyyə bazarlarının çökməsi məsələsində günahkar olmaq istəmir . Ona görə də «pis xəbər»lər çox ləng sızır, bir çox hallarda isə belə xəbərlər ümumiyyətlə, yayılmır...»

İqtisadiyyatın istehlak xərclərindən asılı olduğunu önə çəkən Roberts, qeyd edir ki, hazırkı dövrdə bu proporsiya istehlak borclarının artması hesabına təmin olunur. Belə ki, amerikalıların real gəlirlərinin artımı çoxdan dayanıb.

Onun fikrincə, ölkəyə vəd olunan Yeni iqtisadiyyat (ABŞ prezidentinin 2001-ci ildə elan etdiyi doktrina - bilik iqtisadiyyatını, yeni texnologiyaları və biznesprosesləri özündə əks etdirən, ABŞ-ın rəqabət qabiliyyətliliyini və liderliyini təmin edəcək doktrina) gerçəkdə vaxtilə güclü olmuş ABŞ iqtisadiyyatını üçüncü dünyanın işçi qüvvəsinə (burada iş yerləri yalnız xidmət sahələrində - sanitarlar, ofisiantlar, barmenlər üçün - mövcuddur) transformasiya edir. Bütün bunlar isə ixrac yönlü deyil.

Roberts hesab edir ki, Birləşmiş Ştatlar - «iqtisadi əlil»dir! Onun sözlərinə görə, Vaşinqton Amerika iqtisadiyyatını daha ucuz işçi qüvvəsinə malik Asiya ölkələrinə «paylayıb». Bundan isə yalnız sahibkarlar və kapital idarəçiləri qazanır, amerikalıların böyük qismi isə ziyan çəkir.

Roberts fikrini aşağıdakı sözlərlə tamamlayır: «Kapital sahiblərinin sayı o qədər çox deyil ki, onlar öz xərcləri hesabına iqtisadiyyatı stimullaşdıra bilsinlər. Əfsanəvi Amerika iqtisadiyyatı artıq mövcud deyil!»

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar