Rus təyyarələri ABŞ səmasına girdi

Bunun qarşısını almaq üçün ABŞ tərəfi havaya qırıcılarını qaldırmayıb

Rusiya Silahlı Qüvvələrinin iki Tu-95 bombardmançı təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinə həyacanlı anlar yaşadıb.

ANS PRESS-in məlumatına görə, bu barədə The Washington Free Beacon Pentaqondakı mənbəsinə istinadən xəbər verir.

Bildirilir ki, bombardmançı təyyarələr Alyaska səmasında görünüb. İnsident aprelin 22-də baş verib. Qəzet yazır ki, bombardmançı təyyarələrin qarşısının alınması üçün ABŞ tərəfi havaya qırıcılarını qaldırmayıb.

Qeyd edək ki, Rusiya Hərbi Hava Qüvvələrinin bombarmançı təyyarələri Avropa səmasında da tez-tez peyda olur. Belə ki, təyyarələr əsasən Baltik dənizi üzərində Latviyanın hava məkanına girir. NATO bunun qarşısını almaq üçün dəfələrlə havaya qırıcılarını qaldırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar