Rusiyadan Bakıya mühüm təklif

Rusiya Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması çərçivəsində danışıqlara başlamaq istəyini rəsmən bəyan edib.ANS PRESS xəbər verir ki, bunu Trend-ə Azərbaycanın xarici işlər nazirinin müavini, danışıqlar qrupunun rəhbəri Mahmud Məmmədquliyev deyib.

O bildirib ki, bir neçə gün əvvəl Rusiya Azərbaycanın ÜTT-ə üzv olması çərçivəsində danışıqlara başlamaq istəyi ilə bizə müraciət edib: "Biz onların təkliflərini alacağıq, onların hansı istiqamətlərlə maraqlandığını öyrənəcəyik, Cenevrədə növbəti görüşlər zamanı danışıqlar aparacağıq".

M.Məmmədquliyev Azərbaycanın ÜTT-yə daxil olması üzrə danışıqların növbəti raundunun keçirilməsi tarixini deməkdə çətinlik çəkib: "Hazırda Azərbaycan üzrə işçi qrupuna daxil olan üzv ölkələr sual və şərhlərini göndərməyə davam edəcəklər. Sualları gecikmə ilə daxil olur, buna görə də danışıqların növbəti raundunun haqqında danışmaq hələ tezdir".

Onun sözlərinə əsasən, danışıqların tarixi ÜTT-ün üzv ölkələrinin bütün sənəd və suallarının öyrənilməsindən asılı olaraq müəyyənləşdiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar