“Yuventus” ardıcıl 4-cü dəfə İtaliya çempionu olub

Səfər oyununda “Sampdoria”nı tək qolla məğlub edən “Yuventus” İtaliya A seriyasında mövsümün bitməsinə 4 həftə qalmış çempionluğu rəsmiləşdirib.

Apasport.az saytının məlumatına görə üst-üstə 4-cü dəfə çempion olan “qoca sinyora” turnir cədvəlindəki ən yaxın izləyicisi “Latsionu” 14 xal qabaqlayıb.

Ümumilikdə isə 31-ci dəfə ən yaxşı olmanın sevincini yaşayan Turin klubu bu göstəricidə digər rəqiblərindən böyük fərqlə irəlidədir.

Çempionluq sayına görə “Yuventus”un ən yaxın izləyiciləri “Milan” və “İnter”dir ki, eyni şəhəri təmsil edən hər iki klub cəmi 18 dəfə mövsümün ən yaxşısı ola biliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar