Kəndləri sel basdı: Xeyli heyvan tələf oldu

Ötən gecə qərb bölgəsində yağan güclü leysan Şəmkir və Samux rayonlarında fəsadlar törədib.

Kəpəz TV-nin verdiyi məlumata görə, leysan əsasən Samux rayonun Kür ətrafı kəndlərinə, həmçinin rayonun Gürcüstanla sərhəddə olan aşağı Eldar adlanan ərazidə yerləşən Burunqovaq, Salahlı və digər kəndlərdə fərdi təsərrüfatlara ciddi ziyan vurub.

Şəmkirin bir neçə kəndində də leysan şəxsi təsərrüfatlara ziyan vurub. Ötən gün axşam saatlarından başlayaraq dağlardan axıb gələn su kəndlərdə ciddi fəsadlar törədib.

Şəmkirin Seyfəli kəndində evləri və həyatyanı sahələri basıb. Kənd yolları yararsız hala düşüb. Xeyli sayda iri və xırda buynuzlu heyvan tələf olub.

Samuxun kür qırağı kəndlərində də eyni mənzərə yaşanıb. Yenikənd Lüksemburq kəndlərində və Qırmızı Samux qəsəbəsində sel evlərə və fərdi təsərrüfatlara dolub.

Gecə saatlarından başlayaraq hər iki rayonunun Fövqəladə Hallar Komissiyası bütün qüvvə və bacarıqları səfərbər ediblər. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar