Merkelin qəribə Moskva səfəri

Almaniya kansleri 9 may paradının səhəri günü Rusiyada olacaq

Putinin 9 may paradına dəvətini qəbul etməyən Almaniya kansleri Angela Merkel mayın 10-da Rusiyanın paytaxtı Moskvaya səfər edəcək. ANS PRESS-in məlumatına görə, onun səfəri zamanı onun Vladimir Putinlə görüşü gözlənilir.Federal kanslerin aparatından bildirilib ki, Almaniya hökümətinin başçısı Rusiyada nasizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərin bir qismində iştirak edək.

O cümlədən, Angela Merkel Moskvada "Naməlum Əsgər" abidəsi önünə gül əklili qoyulması mərasimində iştirak etməyi planlaşdırır.

Lakin mayın 9-da keçiriləcək hərbi paradın qonaqları sırasına Almaniya liderinin qatılacağı nəzərdə tutulmayıb.

Bundan əvvəl Moskvada keçiriləcək 9 May günü paradında iştirakdan bir çox dünya liderləri imtina ediblər. ABŞ, Polşa, Litva, Latviya, İsveç, Norvec, Britaniya və Yaponiya liderləri Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcəklərini bildiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar