Putinçi baykerlər Vyanada

Millətçi rus baykerləri klubunun üzvləri Vyananı nasistlərdən azad etmiş rus əsgərlərinin abidəsinə əklil qoyublar. Kremlyönlü Gecə Qurdları 70 il əvvəl İkinci Dünya Müharibəsində Nasist Almaniyası üzərində qələbəni qeyd etmək üçün Moskvadan motosikletlərlə yürüşə başlayıblar. Yürüş mayın 9-da Berlində başa çatmalıdır.

Avropa İttifaqının bəzi rəsmiləri rusiyalı baykerlərin bu planını tənqid ediblər. Polşa isə Ukraynaya görə Rusiya ilə arasındakı gərginlik səbəbindən onları sərhəddən buraxmayıb.

Gecə Qurdlarının Vyanadkı tədbirində 500-dək adam iştirak edib. Onlar arasında Rusiyanın səfiri Sergey Nechaev də olub. O, tədbirin baş tutmasına şərait yaratdığına görə Avstriya hökumətinə təşəkkürünü bildirib.

Rusiya prezidenti Vladimir Putini dəstəkləyən millətçi baykerlər qrupu Rusiyanın Krımı ilhaq etməsini də alqışlamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar