Prezident Dünya Bankının nümayəndəsini qəbul edib

Prezident İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti xanım Laura Takın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzərTAc-ın məlumatına görə, görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının növbəti toplantısının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulandı, tədbirin təşkilati işlərinin yüksək səviyyədə aparıldığı qeyd olundu.

Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında yol-nəqliyyat, su təchizatı və kanalizasiya, bərk tullantıların idarə olunması və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Dünya Bankı ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti arasında artıq əməkdaşlığa başlanıldığı və bu istiqamətdə işlərin aparıldığı qeyd edildi. Ölkəmizdə həyata keçirilən bir sıra layihələr, o cümlədən “ASAN xidmət” sahəsində görülən tədbirlər də yüksək qiymətləndirildi, Dünya Bankının “ASAN xidmət” ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində işlərin aparıldığı vurğulandı.

Görüşdə, həmçinin Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, dünyada gedən maliyyə böhranına baxmayaraq, iqtisadi inkişaf sahəsində əldə olunan nailiyyətlər, hökumətin maliyyə və büdcə sisteminin təkmilləşdirilməsi istiqamətində apardığı işlər, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi sahəsində qazanılan nailiyyətlər, kənd təsərrüfatında aparılan islahatlar, ölkənin iqtisadi potensialının artması fonunda ixrac bazarlarının müəyyənləşdirilməsi, infrastruktur layihələrinin icrası, ictimai sektor, əhalinin sosial müdafiəsi, ölkənin mühüm nəqliyyat-tranzit əhəmiyyətinin artması, sosial, təhsil, yeni iş yerlərinin yaradılması, regionların inkişafı və digər sahələrdə icra olunan layihələr və həyata keçirilən işlərdən danışıldı.

Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar