Rusiya Nikaraquadan ABŞ-a “boylanır»

Obama hökuməti buna bir xəbərdarlıq kimi baxır...

Rusiya KİV-nin yaydığı məlumata görə, sona çatmaqda olan həftə Nikaraqua parlamenti Dinc məqsədlər üçün kosmik məkanın öyrənilməsi və istifadəsi haqqında Rusiya ilə bağlanmış razılaşmanı ratifikasiya edib (RİA Novosti).

Alman nəşri "Deutsche" xəbər verir ki, Birləşmiş Şatalar Rusiyanın Nikaraquada peyk izləməsi stansiyası quraşdırmasına ehtiyatla yanaşır. Çünki stansiya ABŞ sərhədindən elə də uzaqda deyil.

Nikaraqua Milli assambleyası ölkə ərazisində peyk izləməsi stansiyaının quraşdırılmasına səs verib. Sənəd birgə eksperimental məlumatların əldə olunmasını, avadanlıqların kosmik elmlərin müxtəlif sahələrində istifadəsini, kosmik texnologiyaların (o cümlədən, peyk texnologiyalarının) istismarını nəzərdə tutur. Nikaraqu tərəfi isə müqaviləyə əsasən kosmik avadanlıqların yerləşdirilməsi üçün ərazi təqdim etməyi üzərinə götürüb.

Amma ABŞ birbaşa sərhədləri yaxınlığında kosmik avadanlıqların yerləşdirilməsi məsələsinə şübhə ilə yanaşır. Bu barədə alman nəşri yazır: «Sərhədlərinin lap yaxınlığında kosmik avadanlıqların yerləşdirilməsi məsələsi Obama hökuməti tərəfindən bir xəbərdarlıq kimi qəbul olunur».

Qəzet bunu, kosmosda Rusiya və ABŞ texnologiyaları arasında bir mübarizə yaşanması ilə izah edir: «Buna qədər ruslar Amerika peyk-casuslarının şəklini çəkməklə, amerikalıları əməlli-başlı «silkələmişdilər». ABŞ xüsusi xilmət orqanları çaşqınlıq içində qalmışdılar. Belə ki, 2005-2011-ci illərdə ABŞ-ın radiolokasiya peykinin bütün hərəkətləri Altaydakı optik-lazer mərkəzi tərəfindən qeydə alınmışdı...»

Xatırladırıq ki, hələ 2012-ci ildə Manaqua və Moskva kosmosun birgə fəth olunması barədə razılaşma imzalayıb. Sənəd həm də bu məqsədlər üçün yerüstü infrastrukturun yaradılmasını nəzərdə tutur. Hazırda Nikaraqua və Rusiya silah alveri barədə danışıqlar aparır. Nikaraqua Rusiyadan MiQ-29 qırıcıları və patrul katerləri almaq niyyətindədir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar