ABŞ-Rusiya qarşıdurması uzun çəkməyəcək - Pentaqon şefinin müavini

Amerika Birləşmiş Ştatları (ABŞ) üçün radikal islamla əlaqəli olan beynəlxalq terrorçu qruplaşmaların fəaliyyəti daha böyük təhlükə təşkil edir. Vaşinqtonla Moskva arasındakı qarşıdurmanın kəskinləşdiyi indiki mərhələ isə uzun sürməyəcək (Radio Mayak).

Bu fikri «Nyu-York tayms» qəzetinə müsahibəsində ötən həftə Pentaqon şefinin öz postundan istefa vermiş kəşfiyyat üzrə müavini Maykl Vikers səsləndirib.

Maraqlıdır ki, Maykl Vikersin «radikal islam»la bağlı bu fikri aprelin 20-də Roma Papası ilə görüşmüş Avropa ravvinləri konfederasiyasının rəhbəri Pinxas Holdşmidin fikirləri ilə üst-üstə düşür. Bu da «radikal islam» anlayışının meydana atılması və qlobal terrorçuluğun islam dini ilə bağlanması məsələlərinin bir mərkəzdən stimullaşdırılmasına bir işarə kimi başa düşülə bilər.

Xatırladırıq ki, hələ 2001-ci ildə, Ümumdünya Ticarət Mərkəzinin qoşa qülləsinin dağıdılması zamanı da Qərbin təbliğat maşını bu terror hadisəsini «islam terrorçuluğu» ilə bağlamışdı. O zaman rusiyalı tarixçi-publisist Georgi Mirski «Nezavisimaya qazeta»da nəşr etdirdiyi məqalədə beynəlxaq terrorçuluğu İslam dini ilə bağlamağın kökündən yanlış olduğunu yazmışdı. Mirski məqaləsində göstərmişdi ki, müasir qlobal terrorçuluq məhz Qərbin dünyaya zorla qəbul etdirməyə çalışdığı ayrıseçkiliyə, ədalətsizliyə insanların mümkün etiraz formasından başqa bir şey deyil.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar