Daha bir karikatura qalmaqalı: ölənlər var - Foto

ABŞ-dakı sərgi mərkəzlərindən birində İslam peyğəmbərinin karikaturası yenidən nümayiş olunur

ABŞ-ın Texas ştatının Qarlend şəhərinin sərgi mərkəzlərinin biri bütün müsəlmanların dini hissiyatına toxunacaq hərəkətə imza atıb. Anspress-in məlumatına görə, burada Muhəmməd (s.) peyğəmbərin qalmaqallı karikaturalarının sərgisi keçirilib.

Sərgi qansız ötüşməyib. Belə ki, Breakingnews portalı xəbər verir ki, sərgi mərkəzinin qarşısında güclü atışma baş verib.

Atışma nəticəsində 2 nəfər ölüb.

Hazırda polis biznes mərkəzdə olan insanların təxliyyəsi ilə məşğuldur.

Sərgi mərkəzinin qarşısında şübhəli maşın var və hazırda sapyor-robot partayıcı qurğu olma ehtimalını araşdırır.

Qeyd edək ki, "Şarl Hebdo" jurnalında peyğəmbərin karikaturasını çəkən rəssam ötən həftə açıqlama verərək bir daha peyğəmbərin karikaturasını çəkməyəcəyini açıqlamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar