“Mənim üçün əsas hərbi geyim deyil…” - Gürcüstanın qadın müdafiə naziri

Müdafiə naziri mülki sektordan orduya xidmət etməyi bacarmalı və əsgər olmamalıdır. Musavat.cim-un gürcü informasiya qaynaqlarına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın yeni, qadın müdafiə naziri Tina Xidaşeli bildirib. “Əgər sən siyasətdəsənsə, o zaman hər şeyə hazır olmalısan. Mənim vəzifələrimdən biri az öncə başlamış çox mühüm bir prosesi - Müdafiə Nazirliyi ilə Baş Qərargahın, yəni mülki və hərbi sefraların ayrılması prosesini başa çatdırmaqdır” – deyib nazir.

“Düşünürəm ki, bizim NATO-ya, digər beynəlxalq strukturlara üzvlüyümüzün tələb elədiyi standartlara keçməliyik. Aydındır ki, bəzən məni hərbi formada görə biləcəksiniz. Ancaq bu, müdafiə naziri üçün əsas deyil” - əlavə edib Xidaşeli.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar