Kerri fil balasıyla selfi çəkdirdi -FOTO

ABŞ-ın dövlət katibi Con Kerri fil balası ilə selfi çəkdirib.ANS PRESS-in məlumatına görə, selfi şəkli Nayrobi Milli parkındakı Devid Şeldrika adına sığınacaqda çəkilib. Sığınacağın əməkdaşları anasız fil balalarına qulluq edirlər.

Kerri selfi şəklini Keniyada rəsmi səfəri zamanı çəkib. Şəkil ABŞ-ın dövlət katibinin rəsmi Twitter səhifəsində yerləşdirilib.

Qeyd edək ki, ABŞ dövlət katibi Keniya hakimiyyəti ilə danışıqlar aparmaq üçün bu ölkədə rəsmi səfərdədir. O, bu ölkədə insan hüquqları haqqında, həmçinin təhlükəsizlik və terrorizm haqqında məsələləri qaldırmağa hazırlaşır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar