Şahzadə körpənin adı bilindi

Böyük Britaniya şahzadəsi Uilyam (Prince William) və Keyt Middltonun (Kate Middleton) qızının adı məlum olub. ANS PRESS-in məlumatına görə, Kensinqton sarayı Kembricin yeni doğulmuş şahzadəsinin adını açıqlayıb.

Şahzadəyə "üçmərtəbəli" ad qoyublar - Şarlotta Yelizaveta Diana.

Böyük Britaniyada yeni doğulmuş şahzadənin şərəfinə 10 min qızıl və gümüş sikkə kəsəcəklər.

Körpə hersoqun və Kembric Hersoqinyasının ailəsində mayın 2-də səhər doğulub. O Kembric şahzadəsi titulunu daşıyacaq, babadan, atadan və qardaşdan sonra Britaniya taxtına varislik növbəsində dördüncü yeri tutacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar