6 müəssisənin fəaliyyəti dayandırılıb -VİDEO

İşçilərin sağlamlığı üçün təhlükəli olan 6 müəssisənin fəaliyyəti dayandırılıb.ANS TV-nin məlumatına görə, bu ilin birinci rübündə istehsalatda baş verən bədbəxt hadisələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 40% azalaraq 33-ə, bu hadisələr nəticəsində xəsarət alanların sayı 49% azalaraq 25 nəfərə, ölənlərin sayı isə yarıya qədər azalaraq 8 nəfərə enib. Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə “Təhlükəsiz iş aylığı”nın yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, “Təhlükəsiz iş aylığı” çərçivəsində əsasən daş karxanaları olmaqla ümumilikdə 49 müəssisədə əməyin mühafizəsi ilə bağlı nəzarət tədbirləri keçirilib. Bu müəsisələrin 18-də işçilərin fəaliyyəti üçün zəruri şərait yaradılsa da bəzilərində ümumiyyətlə heç bir addım atılmayıb.

Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə deyib ki, hüquq pozuntuları ilə əlaqədar aidiyyatı işəgötürənlərə ümumilikdə 52 500 manat məbləğində cərimələr tətbiq olunub. Daha ciddi hüquq pozuntularının aşkar edildiyi, işçilərin həyat və sağlamlığı üçün təhlükə doğuran əmək şəraitinin mövcud olduğu, digər tərəfdən qeyri-leqal işçilərin işə cəlb olunduğu 6 müəssisədə (daş karxanasında) dövlət nəzarəti tədbirləri həyata keçirilib. Bu müəssisələrdə işlər aşkar olunan nöqsanlar aradan qaldırılana qədər dayandırılıb.

Əmək qanunvericiliyinin pozulması halları daha çox özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında baş verir. Baş verən bədbəxt hadisələr isə əsasən hündürlükdən yıxılma, sürüşmə və digər hallarla bağlıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar