Üç bankdan 1 milyard dollar yoxa çıxdı

Moldovada kütləvi etiraz dalğası başlayıb.ANS PRESS-in məlumatına görə, ötən gündən başlayaraq minlərlə sakin ölkənin üç bankından 1 milyard dolların yoxa çıxmasına etiraz yürüşü keçirirlər. Bu vəsait ölkənin ümumi daxili məhsulunun (ÜDM) beşdə birinə bərabərdir.

Moldova rəsmiləri faktla bağlı araşdırmaya başlayıblar. Pul 2014-cü ilin noyabrında, parlament seçkilərindən əvvəl yoxa çıxıb. Kimliyi açıqlanmayan 2 nəfər saxlanıb, digərlərinin bank hesabı dondurulub.

Etirazçılar korrupsiya əleyhinə şüarlar səsləndirib, baş prokurorun, Ali Məhkəmənin bir neçə hakiminin və qalmaqalda iştirak etdiyi güman edilən siyasətçilərin istefa verməsini tələb ediblər.

Onlar “Oğrular rədd olsun!”, “Milyardları geri istəyirik!” şüarları səsləndirib, əllərində Moldovanın və Avropa İttifaqının bayraqlarını qaldırıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar