Ukraynada yenidən gərginlik- 2 ölü, 5 yaralı

Ukraynanın şərqində yenidən gərginlik artmağa başlayıb. “Qafqazinfo” xəbər verir ki,Ukraynanın şərqində separatçıların 24 saatda 95 dəfə atəşkəs pozduğunu, bu hücumlarda 2 Ukrayna əsgərinin öldüyü və 5 əsgərin isə yaralandığı bildirilib. Terrorla Mübarizə Mərkəzindən verilən məlumata görə, separatçıların dünən axşamdan bəri 95 dəfə atəşkəs pozuntusu etdiyi və bu çərçivədə atəşkəs pozuntularının fervralın 12-də baş tutan Minsk danışıqlarından əvvəlki səviyyəyə çatdığı və 24 saatda gərginliyin diqqətə çarpan dərəcədə artdığı qeyd edilib.

Ayrıca separatçıların tank, çox lüləli silah, 120 mm və 122 mm çaplı ağır silahları istifadə edərək hücum etmələri, separatçıların Ukrayna ordusunu qışqırtmağa çalışdıqları bildirilib.

Separatçıların son hücumlarda Peski, Avdeevka, Şirokino, Kamenki, Novobahmutovka və Opitnoe qəsəbələri yaxınlığında yerləşən ordunu hədəf aldıqları qeyd olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar