VATİKAN «XAÇ YÜRÜŞÜ»NƏ START VERİB?! - İslama qarşı sionist-xristian «cəbhə»si

Rusiya KİV-nin mayın 4-də yaydığı bir məlumatda deyilir ki, ABŞ-ın Harlend şəhərində baş vermiş silahlı insidentin (atışmanın) məsuliyyətini «İslam dövləti» qruplaşması öz üzərinə götürüb. Atışma Məhəmməd Peyğəmbərin karitkaturalarının müsabiqəsi keçirilən Mərkəzdə baş verib («Exo Moskvı»).

Xəbərdə deyilir ki, Texasdakı bu «müsabiqə»ni «Azadlığın müdafiəsi üzrə Amerika təşəbbüsləri» adlı təşkilat təşkil edir. Peyğəmdərin ən yaxşı karikaturası üçün isə 10 min dollar mükafatın təyin olunduğu bildirilir.

Xatırlayırsınızsa, bir müddət əvvəl buna oxşar hadisə Parisdə baş vermişdi. O zaman Məhəmməd Peyğəmbərin karikaturasını dərc etmiş bir satirik jurnalın redaksiyasına basqın olmuş və nəticədə bir neçə insan həyatını itirmişdi.

O zaman isti-isti yayılan məlumatların birində deyilirdi ki, sözügedən terror aktının törədilməsində «Mossad»ın əli var. Bunun ardınca, guya qlobal terrorçuluğa «yox» demək məqsədilə bir sıra dövlətlərin və hökumətlərin başçıları Parisdə bir «yürüş» yapdılar.

Nə yazıq ki, «yürüş»çülər terrora «yox» desələr də, ümumiyyətlə, dünyada insanları terrora səsləyən, həvəsləndirən, vadar edən səbəblərə yox deməyi «unutdular»! Əvəzində isə Rusiyalı yəhudi-milyarder Xodorkovski dünyadakı bütün KİV-i fəal şəkildə Məhəmməd Peyğəmbərin karikaturalarını təkrar-təkrar dərc etməyə çağırdı.

Budur, sanki Xodorkovski və onun kimilərin çağırışına uyğun olaraq, bir Amerika təşkilatı bir qədər də irəli gedib, həyasızlıq pilləkanını bir pillə də qalxaraq, karikatura müsabiqəsini təşkil etdi və... mümkün vasitələrlə, «adekvat cavabını aldı». Həmişə olduğu kimi, bu dəfə də baş vermiş olayı «radikal islam» qruplaşmasının ayağına (dolayısı ilə İslam dininin) yazmaq cəhdi göz önündədir.

İstər-istəməz, düşünməli olursan - əcəba, bu jurnalların, üzdəniraq jurnalistlərin, karikaturaçıların, «azadlıq uğrunda təşkilatlar»ın özgə işi-gücü yoxdurmu? Yazmağa, çəkməyə, dərc etməyə, yarışmağa başqa predmet yoxdurmu?! Nə üçün «karikaturaçılıq»ın belə yaramaz (mənəviyyatsız) forması məhz xristian ölkələrdə vüsət alır? Nə üçün bu tendensiyanın qarşısını almaq istiqamətində bir iş görmək əvəzinə, məlum dairələr «islam terroru» deyə, bağırır və bütün gücünü İslam dininə və dinc İslam ümmətinə qarşı mübarizəyə səfərbər edir? Görəsən, xristian «KİV və jurnalistlər»i narahat edən İslam dininin məhz nəyidir?

Digər tərəfdən, düşünməyə bilmirsən ki, ayə bu müsəlmanları «radikal» olmağa, terror törətməyə vadar edən nədir? Məhz nə üçün dini hissləri təhqir olunan müsəlmanlar qarşı tərəfə eyni üsul və vasitələrlə cavab vermək əvəzinə, məsələn, xristian və ya yəhudi peyğəmbərlərin karikaturalarını çəkib-yaymaq əvəzinə, İslam Peyğəmbərinə qarşı bunu edənləri «linç»lə cəzalandırır, orda-burda terror törədir və s. Hesab etmək olar ki, belə davranış İslam ümmətinin mənəvi dəyərlərindən, ülvi hisslərindən irəli gəlir - öz peyğəmbərini sevmək, bütün peyğəmbərləri hörmətlə yad etmək, digərlərinə görk olsun deyə, peyğəmbərlərə, dünya xalqlarının sevimli simalarına qarşı sayğısızlıq nümayiş etdirən imansızları ciddi cəzalandırmaq istəyindən! Unutmaq olmaz ki, milyonlarla müsəlman din uğrunda savaşa boş yerə qalxmır...

Bu və bu sıradan digər aktual suallara cavab tapmaq üçün son bir neçə həftə ərzində yayılmış bəzi məlumatları sadəcə, sapa düzmək kifayət edər, zənnindəyəm. Beləliklə...

Dünən yayılan bir məlumatda ABŞ-Rusiya qarşıdurması fonunda, diqqət yenə də «radikal islam»a yönəldilir. Bu dəfə barmaq ABŞ-dan tuşlanır: «Amerika Birləşmiş Ştatları üçün radikal islamla əlaqəli olan beynəlxalq terrorçu qruplaşmaların fəaliyyəti daha böyük təhlükə təşkil edir. Vaşinqtonla Moskva arasındakı qarşıdurmanın kəskinləşdiyi indiki mərhələ isə uzun sürməyəcək» (AzPolitika.info.)

Xeyli diqqətçəkəndir ki, bu fikirin müəllifi sıradan bir fərd yox, ABŞ müdafiə nazirinin kəşfiyyat üzrə sabiq müavini Maykl Vikersdir. Başqa sözlə, kifayət qədər məlumatlı şəxsdir.

Elə həmin məlumatda başqa bir mətləbə də işarə edilir: «Maraqlıdır ki, Maykl Vikersin «radikal islam»la bağlı bu fikri aprelin 20-də Roma Papası ilə görüşmüş Avropa ravvinləri konfederasiyasının rəhbəri Pinxas Holdşmidtin fikirləri ilə üst-üstə düşür...». Maraqlıdır, Papa ilə birbaşa «təmasda olan» Avropanın bu baş ravvini «radikal islam» barədə nə deyib?

Dünən AzPolitika.info saytı həmin Holdşmidtin Vatikana səfəri ərəfəsində «Lenta.ru»-ya müsahibəsinin mətnini dərc edib. Həmin müsahibədə cənab Holdşmidt bir sıra maraqlı mətləblərə toxunub.

Fikrim hər kəsə aydın olsun deyə müsahibənin həmin hissəsini bir daha oxucuların diqqətinə təqdim etmək ehtiyacı duydum: «İndi müşahidə olunan bir çox əlamətlər dünyanın kardinal şəkildə dəyişdiyini göstərir. Hesab etmək olar ki, Yaxın Şərqdə (İsrail istisna olmaqla) xristianların düşdüyü indiki situasiya yəhudilərin ötən əsrin 30-cu illərində Avropada düşdüyü vəziyyəti xatırladır. Burada xristianların özlərini təhlükəsiz hiss edə biləcəyi yeganə ərazi İsraildir. Yəhudi dövlətinin yaranmasından sonra burada xristian icmasının sayı 400 faiz artıb. Bölgənin digər ölkələrində isə xristianların sayı sürətlə azalır.

Milyonlarla kopt (Misir xristianları - M.A.) Misirdə bir neçə kilsənin dağıdılmasından və yüzlərlə insanın öldürülməsindən sonra bu ölkədən qaçır. Bəşər Əsəd Suriyada xristianların müdafiəçisi idi. Vətəndaş müharibəsi başlayandan və «İslam dövləti» meydana çıxandan sonra bu ölkədə xristianların gələcəyi sual altına düşdü.

Xatırlatmaq istəyirəm ki, 2011-ci ildə patriarx Kirill Suriyadakı 900 minlik xristian icmasını dəstəkləmək və müdafiə etmək məqsədilə bu ölkəyə səfər etdi. Bu yaxınlarda Fələstin muxtariyyətinin (FM) başçısı Mahmud Abbasın kilsə ordeni ilə təltif edilməsi də həmin məqsədə xidmət edir - FM-nin çətiri altında yaşayan xristianların təhlükəsizliyini təmin etmək.

Biz də, Avropa yəhudiləri də xristianlar kimi, radikal islamçılıqdan, Parisdə, Kopenhagendə, Tuluzda və digər şəhərlərdə baş verən hücumlara oxşar hücumlardan ehtiyat edirik. Bir çox məsələlərdə, xüsusilə də din azadlığı məsələsində biz Vatikanı dəstəkləyirik.

Bəzi Avropa Birliyi ölkələrində, yəhudi dininə görə, yeyilməsinə icazə verilən (qadağan olunmayan) ət istehsalının və sünnətin qadağan olunması məsələsi ortaya çıxanda biz katolik kilsəsinin rəsmi dəstəyini aldıq...».

İndi gördünüzmü, müəyyən dairələr tərəfindən «islam-xristian qarşıdurması» süni şəkildə necə şişirdilir. Gəlin razılaşaq ki, bunca «dəqiq» təsadüf olmur. Ruzveltə görə isə, «siyasətdə təsadüf olmur...». Deməli, kimlərə isə «radikal islam qruplaşmaları» hava-su kimi lazımdır. Bəs, neyləməli? Heç nə, sadəcə, belə qruplaşmaları yaratmaq lazımdır! Sonra da onunla mübarizə adı altında bütöv islam dünyasına «divan tutmaq» olar...

Necə ki, ABŞ əvvəlcə əl-Qaidə deyilən təşkilatı yaratdı, indi də «İŞİD» deyilən «qulyabani»ni ortaya atıb. İndi İŞİD-lə mübarizə adı altında ABŞ və bütövlükdə, Qərb imperializmi ərəb dünyasına divan tutur, bu ölkələrin altını-üstünə çevirir, başçılarını aradan götürür. İraqda, Liviyada, Suriyada, indi isə Yəməndə baş verənlər buna əyani misaldır. Yəhudi ravvin Pinxas Holdşmidt isə deyir ki, bu gün yaxın şərqdə xristianlar özlərini «komfortsuz» hiss edirlər, koptlar qaçırlar və s. Amma kopt məhz hansı səbəbdən qaçır? - sualı heç kimi maraqlandırmır. Gördünüzmü, ravvin xristianlara necə ustalıqla yəhudi həmrəyliyi ifadə edir?! Fransisk ilə görüş elə-belə, gəzinti xatirinə təşkil edilmədi ki...

Mənbələrin məlumatına görə, İŞİD deyilən «qruplaşma» əvvəllər əl-Qaidənin tərkibində olub və məhz ABŞ tərəfindən yaradılıb. Bu versiyanı təsdiqləyən iki məlumatı önə çəkməklə fikrimi tamamlamağa çalışacam.

Birinci məlumat 2014-cü ilin ortalarına aiddir. tvgeo.ru saytının yaydığı həmin məlumatda Rusiya Dövlət Duması beynəlxalq komitəsinin sədri Aleksey Puşkova istinadən deyilir ki, «İslam dövləti»ni ABŞ yaradıb: «Amerikanın ilk «övladı» əl-Qaidədir. Görünür, nə isə baş tutmayandan sonra və ya nə isə Ağ Evi təmin etmədiyi səbəbindən, amerikalılar sonradan yeni terrorçu özək təşkilatını yaratmaq qərarına gəldilər...»

İkinci məlumat isə 2015-ci ilin əvvəlinə aiddir. 5 fevral 2015-ci il tarixdə www.mk.ru saytının Çeçenistanın başçısı Ramzan Kadırova istinadla yaydığı məlumatda deyilir ki, «İslam dövləti» ABŞ başda olmaqla, qərb dövlətlərinin İslama qarşı gizli müharibə aparmaq məqsədilə yaratdığı qruplaşmadır.

Bu baxımdan, heç təsadüfi deyil ki, Texasda baş verən son olayı da məhz «İslam dövləti»nin adı ilə bağlayırlar.

Bütün bunların fonunda Papa Fransiskin birdən-birə açıq fəallıq nümayiş etdirməsi və geydirmə «erməni genosidi»ni əldə bayraq edib, bütün xristian dünyasına «oyuna başlamaq fiti» çalması və bu zaman yəhudilərdən (beynəlxalq sionizmdən) dəstək alması ciddi düşüncələrə əsas verir. Son bir neçə ildə baş verənlər açıq-aşkar göstərir ki, İsrail dövlətinin indiyə qədər yürütdüyü siyasi kursda kardinal dəyişiklik baş verib. «Lenta.ru»-ya müsahibəsində Pinxas Holdşmidt də buna dolayı işarə edib.

Qondarma «erməni genosidi» məsələsinə yönəlik İsrail prezidentinin aprelin sonlarında söylədiyi fikir bu dövlətin indiyə qədərki siyasəti ilə daban-dabana zidiyyət təşkil edir: «Biz konkret bir ölkəni günahlandırmağa çalışmırıq. Qətliamın qurbanları və qorxunc nəticələri ilə özümüzü eyniləşdirməyə çalışırıq...».

İbrətamizdir ki, indiyə qədər İsrail dövləti və onun rəsmi şəxsləri «erməni genosidi» anlayışını heç yaxına belə buraxmaq istəmirdi. Görünür, ravvin Pinxas dediyi kimi, indi dünyada çox şey dəyişib...

İsrailin siyasətində mühüm dəyişikliyin baş verdiyinə işarə sayıla biləcək daha bir olayı önə çəkmək istəyirəm. İsrail prezidentinin «erməni genosidi» ilə bağlı dediklərindən cəmi bircə gün sonra - aprelin 28-də İsrailin xarici işlər naziri Avidqor Liberman «erməni soyqırımını qəbul etmirəm» bəyanatı ilə çıxış etdi: «Şəxsən mən, «erməni soyqırımı» termininin özünü də qəbul etmirəm. Çünki bu söz məndə dərhal Xolokost assosiasiyası yaradır. Halbuki 2-ci Dünya müharibəsi illərində yəhudilərin kütləvi şəkildə məhv edilməsi kimi bir hadisə bəşəriyyət tarixində heç vaxt olmayıb və ümid edirəm ki, bundan sonra da heç vaxt olmayacaq. Məncə hər bir israilli siyasətçi belə mövqedən çıxış etməlidir...»

Görünür, məhz bu mövqeyinə görədir ki, İsrailin xarici işlər naziri Avidqor Liberman «istefa verməli oldu». Bu gün KİV-in yaydığı məlumatda nazirin istefa verdiyi bildirilir: «Təəssüf ki, qurulacaq yeni hökumətin milli maraqlara xidmət etməyəcəyi, fəaliyyətində sui-istifadəyə yol veyrcəyi qənaətinə gəldim...»

Beləliklə, düşünmək olar ki, Vatikanla beynəlxalq sionizmin gəldiyi gizli razılaşmanın İsrail dövlətində ilk qurbanlarından biri məhz Avidqor Liberman oldu. Təkcə Libermanmı? Bunu gələcək göstərəcək.

Fəqət, islam dünyasına qarşı xristian-sionist sui-qəsdi bütün çılpaqlığı ilə özünü büruzə verməkdədir. Bu, ciddi düşünməyi qaçılmaz edir. Düşünəkmi?..

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar