Ermənistanla Gürcüstan arasında diplomatik qalmaqal böyüyür

Ermənistanın Gürcüstandakı səfiri Yuri Vardanyan Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Musavat.com gürcü mənbələrinə istinadən xəbər verir ki, nazir müavini Qiqi Qiqiadze görüş zamanı səfirin diqqətinə Ermənistan parlamentinin spikeri Qalust Saakyanın Cənubi Osetiyanın “parlamentinin” qondarma spikeri ilə İrəvanda keçirdiyi görüşün Gürcüstanda dərin hiddət doğurduğu çatdırıb.

Görüşdə bu faktın “iki ölkə arasında ənənəvi qarşılıqlı dostluq münasibətlərinə ziddi olduğu və ikitərəfli münasibətlərə ciddi ziyan vurduğu” xüsusi vurğulanıb.

Gürcüstanın xarici işlər nazirinin müavini həmçinin, belə faktın guya rəsmi xarakter daşımadığı haqda yayılan məlumatdan təəccübünü ifadə edib və rəsmi şəxslərin işğalçı rejimin təmsilçiləri ilə istənilən təmasın Gürcüstan üçün qəbuledilməzliyini qeyd edib.

Ermənistanın səfiri faktla bağlı təəssüfünü ifadə edib və rəsmi İrəvanın təcili şəkildə Tiflisin mövqeyi ilə tanış olacağını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar