Dəhşət: Terrorçulardan qurtulan qadınların 214-ü hamilədir

687 qadından 214-nün hamilə olduğu qeyd edilir

Nigeriyada terrorçu fəaliyyət göstərən Boko-Haram qruplaşmasının əlindən qurtulan qadınların hamilə olduğu bildirilir. Anspress-in məlumatına görə, Nigeriya ordusu Boko Haram terrorçularına qarşı uğurlu əməliyyatlar nəticəsində azad edilən 687 qadından 214-nün hamilə olduğu qeyd edilir. Bu barədə BMT rəsmilərindən biri açıqlama yayıb.

Bundan başqa, əsirlikdə olan bəzi qadınlar isə əsgərlərin qurtarma əməliyyatı vaxtı “Boko-Haram” silahlıları tərəfindən daşlanaraq öldürülüb.

Qeyd eədk ki, “Boko Haram” 2009-cu ildə İslam dövləti yaratmaq üçün qiyama başlayandan bəri Nigeriyanın şimalında minlərlə insan qətlə yetirib. Fevral ayında qonşu dövlətlərin qoşunları tərəfindən dəstəklənən Nigeriya hərbçiləri, radikal döyüşçülərə qarşı böyük hücuma başlayıb və keçən il “Boko Haram”ın ələ keçirdiyi ərazilərin əksəriyyətini geri qaytarıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar