İranla Türkiyə razılığa gəldi

İki ölkə qarşılıqlı ticarətdə öz pul vahidindən istifadə edəcək

İranla Türkiyə rəsmiləri qarşılıqlı ticarət zamanı hər ölkənin öz pul vahidindən istifadə etməsi barədə razılığa gəliblər. Anspress-in məlumatına görə, “İran-Türkiyə Müştərək Ticarət Şurası”nın sədri Cəlal İbrahimi (Jalal Ebrahimi) iki ölkə arasındakı razılaşmanı doğrulayıb. İranın Türkiyə ilə ticarət edərkən öz pulundan istifadə etməyə hazırlaşdığı bildirilir. İbrahimi, Tehran ilə Ankaranın qarşılıqlı ticarətdə riyal ilə lirədən istifadə etməsi fikrinin Ərdoğanın son İran səfəri zamanı yarandığını bildirib.

Yerli pul vahidi ilə ödəniş mexanizminin İran ilə Türkiyə arasındakı alış-verişi asanlaşdıracağını deyən İbrahimi, bu asanlaşdırmanın digər yolunun mübadilə olduğunu, yaxın günlərdə bunu da planlaşdırdıqlarını qeyd edib.

Qeyd edək ki, ötən ay İranda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu istiqamətdə fikirlər irəli sürmüşdü:

“Biz nə dolların, nə də avronun təzyiqi altında qalmayaq. Biz İranda öz valyutamızla bazarlıq edək. Kursun təzyiqi altında qalmayaq. İran da öz pulu ilə bizdən alış-veriş etsin. Valyuta kursunda başqa pulların təzyiqi altında qalmayaq”.

Xatırladaq ki, bir müddət əvvəl İran Rusiya ilə də oxşar razılaşmaya gəldiyini açıqlamışdı. Bu razılaşmaya görə, Rusiya İrandan aldığı neftin qarşılığında bu ölkəyə buğda, texnologiya məhsulları və tikinti materialları verməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar