Merkel Moskvada müxalifətlə görüşəcək

Almaniyanın kansleri mayın 10-da Moskvaya səfəri zamanı Rusiyanın siyasi müxalifəti ilə görüşmək niyyətindədir. Modern.az bildirir ki, bu haqda “İzvestiya” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, müxalifətçilər Almaniya kanslerindən Rusiyaya qarşı sanksiyaları ləğv etməməyi xahiş edəcəklər.

“Bəli, bu Rusiya iqtisadiyyatının stabilləşməsinin əleyhinədir, ancaq bizim fikrimizcə, bu hakimiyyət dəyişikliyi üçün vacib şərtlərdən biridir. Bundan başqa, bizim fikrimizcə, ölkədə ayrı-ayrı şəxslərə qarşı sanksiyalar daha da sərtləşdirməlidir”, - qəzetin yazdığına görə bunu müxalifətçilərdən biri deyib.

Bununla belə, Merkelin Rusiya müxalifəti ilə görüşünün konkret vaxtı və yeri açıqlanmır. Görüşün mayın 11-də baş tutacağı ehtimal edilir.

Qəzetin digər məlumatına görə, apreli 30-da Aleksey Navalnıy, Vladimir Milov, İlya Yaşin, Leonid Volkov və digərləri kanslerlə müzakirə edəcəkləri məsələlərin siyahısını hazırlayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar