Avtobuslara vurulan reklam və şəkillər sökülür

Bakıda sərnişin avtobuslarının üstünə vurulan reklam və məlumatlandırıcı şəkillər söküləcək. Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlbetmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin ANS PRESS-ə verdiyi məlumata görə, paytaxtda xidmət göstərən bütün sərnişinlərə xidmət göstərən avtobuslara vurulan reklamları çıxaracaqlar. Onun sözlərinə görə, bir neçə günə bu işlər tamamlanacaq.

“Çıxarılan reklamların yerinə Avropa Oyunları ilə əlaqəli reklamlar və loqo vurulacaq. Çıxarılan reklmaların yeri isə təmizlənəcək. Çırkli avtobuslar xətdən çıxarılacaq. Həmin avtobusun sahibkarları isə cərimələnəcək”, - deyə Vüqar İbrahimli bildirib.

Qurum rəsmisi bildirib ki, bu gün “28 may” stansiyası yaxınlığında 46 saylı sərnişin avtobuslarının üstündən reklamlar soyulub. Həmin avtobuslardan 5-nin reklamı soyulduqdan sonra onun yeri qara və çırkli olub. Avtobuslar təmizlənmədən xəttə buraxılıb. Bu səbəbdən 5 avtobus xətdən uzaqlaşdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar