"JEK"-lərin yerinə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti

Artıq binaların saxlanılmasını bina sakinləri özləri həyata keçirəcək. Yəni bina üçün xidmətləri mülkiyyətçi özü seçəcək. Hazırda əksər binalarda Mənzil İstismar Sahələri (JEK) xidmət göstərir. Ancaq MİS-lərin xidmət keyfiyyətindən razı olan sakinlər olduğu kimi, narazılar da var. Binalarını JEK-lərə əmanət etmək istəməyən sakinlər bunun üçün Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə qoşula bilərlər. Beləliklədə binalarının saxlanılmasını bina sakinləri özləri həyata keçirə bilərlər.

Əslində Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin Mənzil İstismar Sahələrindən (JEK) üstünlükləri çoxdur. Bu fikri İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov da təsdiqləyir. Nazirlik rəsmisi ANS PRESS-ə açıqlamasında bildirib ki, qanunvericilikdə olduğu kimi binanın ümumi əmlakı mülkiyyətçiyə məxsusdur. N.Qasımov binanın saxlanılması və idarə olunmasının mülkiyyətçi tərəfindən həyata keçirilməli olduğunu söyləyir:

"Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin balansında olan binalarda ümumi əmlaklar mülkiyyətçilərə təhvil veriləcək. Yəni binalarda olan liftlər, çardaqlar, obyektlər və s. mülk sahiblərinin balansına keçiriləcək. Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərində hətta mülkiyyəçilər özləri xidmətlərin növü və həmin xidmətlərin nədən ibarət olunmasını özləri müəyyən edə biləcəklər. Bununla yanaşı, Mənzil Fondunun saxlanılması haqqını da vətəndaşlar özləri məyyənləşdirirlər. MMMC-lər binada ümumi əmlakdan istifadə etməklə abadlıq işlərini də görə bilərlər. Eyni zamanda, bina ərazisində reklam lövhələri quraşdırmaq və digər xidmətləri təqdim edə bilərlər. Buradana gələn gəliri isə həmin binanın saxlanılmasına yönəldə bilərlər".

Nazirlik rəsmisi bildirir ki, artıq Bakı şəhəri üzrə 7 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti dövlət qeydiyyatına alınıb: “İlk olaraq Binəqədi rayonu İcra Hakimiyyətindən bizə müraciət edilmişdi. Müraciətə əsasən işlərə başlanılıb və Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri yaradılıb. Hazırda isə lazımi prosedurlara başlanılıb. Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin balansına Bakının 8 rayonunu olmaqla, Sumqayıt və Xırdalan şəhərindən ümumilikdə 41 bina daxil edilib. Bu üç şəhər üzrə 27 MMC yaradılması istiqamətində işlər aparılır. Hazırda Binəqədi, Yasamal, Nəsimi və Səbayıl rayonunda da MMMC-lər artıq qeydiyyat üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim ediblər. Güman edirik ki, yaxın günlərdə MMMC-lərin sayı artacaq”.

Nazirlik rəsmisi qeyd edib ki, mənzil fondunun idarə olunmasında yeni bir mərhələ başlanılıb. Bununlada Mənzil Kommunal İdarələrinin (JEK) icra səlahiyyətləri azaldılacaq. Amma bu MMMC-lərin yaranması JEK-lərin ləğvi mənasına gəlmir. Çünki MMMC-lər təkcə binanın saxlanılmasına görə xidmətlər təklif etdiyi halda, JEK-lər digər əlavə xidmətləri də göstərirlər. JEK-lər əsas xidmətləri həyətləri, yaşayış binalarının pilləkən boşluqlarını təmiz saxlamaq, zibilləri vaxtında daşıtdırmaq, evləri pasportlaşdırmaq, əsaslı və cari təmirin vaxtı məsələsini yoluna qoymaq, köhnələn su və kanalizasiya borularını vaxtlı-vaxtında dəyişdirmək, liftləri saz vəziyyətdə saxlamaqdan ibarətdir. Şübhəsiz ki, hazırda JEK-lərin mənzillərin idarə olunmasında rolu böyükdür. Amma, bununla belə vətəndaşlar onlara ikinci tərəfin xidmət göstərməsini özləri müəyyən edə bilərlər. Yəni hər şey mülkiyyətçilərdən asılıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar