EFİRDƏ RƏZALƏT -Mətanət Rəhimin üzünə tüpürdü- VİDEO- Yenilənib

"Rəhim Rəhimli coşmuşdu, şou-biznesi qatıb qatışdırdı, saxlaya bilmirdik"

Müğənni Rəhim Rəhimli “Gündəlik” verilişində qonaq olub.Axşam.az-ın məlumatına görə, sənətçi hər müğənni ilə efirdə yan-yana görünmək istəmədiyini bildirib:“Məndən soruşdular ki, kiminlə verilişdə olmaq istəyirsiniz? Ancaq Lətifə Soyuözü dedim. Dünyanın çox ölkəsini gəzmişəm. Azərbaycan şou-biznesində hamı paxıldır. Buradakı kimi dedi-qodu heç yerdə yoxdur. Birinin uğurlu mahnısı çıxanda heç kim zəng vurub təbrik etmir”.

Bu sözlərdən sonra aparıcı Mətanət Əliverdiyeva ağzına su alaraq, Rəhim Rəhimlinin üstünə tüpürüb. Sənətçi isə aparıcını qucağına götürüb studiyadan çıxarıb.

Mətanət Əliverdiyeva isə "Gündəlik” verilişində müğənni Rəhim Rəhimlinin üzünə "tüpürməsi"nə haqq qazandırmağa çalışıb. Axşam.az-ın məlumatına görə, proqramın bugünkü buraxılışında o, əslində Rəhimə tüpürmədiyini, "təmiz su ilə soyuq duş" etdiyini deyib: "Rəhim Rəhimli coşmuşdu, şou-biznesi qatıb qatışdırdı, saxlaya bilmirdik. Mən də suyu aldım, onun üçün soyuq duş etdim. Bu gün də bütün saytlar yazıb ki, "Mətanət tüpürdü". Əgər ağız ifrazatıyla adi suyu ayıra bilmirsinizsə, yazıqlar sizə. Sabah da kiməsə süni nəfəs etsəm, yazacaqlar ki, "Mətanət öpüşdü"?Mən şounu anlamayan adamlara gülürəm. Rəhimi 80-ci illərin sonundan tanıyıram. Rəhim mənim dostumdur, hər adamla o zarafatı etmirəm".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar